Zuxruf Surəsi 65. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalımların halına!
Bünyadov-Məmmədəliyev:
Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü (xaçpərəstlər: “İsa Allahın oğludur!” dedilər, yəhudilər isə onun peyğəmbərliyini büsbütün inkar etdilər). Acı bir günün (qiyamət gününün) əzabından vay o zülm edənlərin halına!
Elmir Quliyev :
Но секты разошлись во мнениях между собой. Горе же тем, которые поступали несправедливо, от страданий в Мучительный день!
Ələddin Sultanov:
Ancaq onların arasından çıxan firqələr ixtilafa düşdülər. Acı bir günün əzabı ilə qarşılaşacaq o zalımların vay halına!
Kerbelayi Malik ağa:
Sonra firqələr öz aralarında ixtilaf etdi. Artıq ağrılı-acılı günün əzabından zülm edənlərin vay halına!
Ələsgər Musayev:
Ixtilaf etdilər dəstələr onlar arasından. Vay olsun o kəslərə ki, zalim oldular, əzabından ələmli günün!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə onun ümmətinin içərisindən (bəzi) dəstələr ixtilaf etdilər (bəziləri yəhudilikdə qaldı, bəzisi iman gətirərək ifrata varıb həddi aşdı bəzisi orta yol ilə getdilər). Buna görə ağrılı günün əzabından vay olsun (bu böyüklükdə) zülm edənlərə (onların halına)!
Kövsər Tağıyev:
Lakin aralarından çıxan firqələr ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından ötrü vay o zülm edənlərin halına!
M.Qənioğlu və T.Bilaloğlu:
Firqələr öz ararlarında ixtilafa düşdülər. Üzücü günün əzabından vay haqsızların halına!
Sabirə Dünyamalıyeva:
Fəqət firqələr, İsa haqqında öz aralarında ixtilafa düşdülər. Artıq acı bir günün əzabından, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərin vay halına!