Əlixan Musayev:
Ad qövmünə də qardaşları Hudu (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Yoxsa qorxmursunuz?”
Bünyadov-Məmmədəliyev:
Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?”
Elmir Quliyev
:
Мы отправили к адитам их брата Худа. Он сказал: "О мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас другого божества, кроме Него. Неужели вы не устрашитесь?"
Ələddin Sultanov:
Ad qövmünə də qardaşları Hudu (peyğəmbər göndərdik). O: “Ey qövmüm, Allaha ibadət edin! Sizin ondan başqa heç bir ilahınız yoxdur. (Allahın əzabından) qorxmursunuzmu?” – demişdi.
Kerbelayi Malik ağa:
Ad (qövmünə) onların qardaşı Hud (ə.s) belə dedi: ‘Ey qövmüm, Allaha qul olun! Sizin üçün Ondan başqa ilah yoxdur. Hələ təqva sahibi olmayacaqsınızmı?’
Ələsgər Musayev:
Ad tərəfə – onların qardaşı Hudu. Dedi: «Ay qoumum! Ibadət edin Allaha. Sizin üçün Ondan qeyri Ilahi yoxdur! Ə, təqvalı olmayacaqsızmı?»
A.Mehdiyev və D.Cəfərli:
Və Ad qövmünə onların (qəbilə yaxud qan) qardaşı Hudu (göndərdik). O, dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin, sizin üçün Ondan başqa bir məbud yoxdur, məgər (Onun qəzəbindən) qorxmursunuz?»
Kövsər Tağıyev:
Ad qövmünə də qardaşları Hudu peyğəmbər olaraq göndərdik. Onlara: “Ey qövmüm! Allaha qulluq edin. Sizin üçün Ondan başqa heç bir ilah yoxdur. Allaha qarşı gəlməkdən çəkinmirsinizmi?” – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Ad tayfasına isə qardaşı Hudu (göndərdik). O dedi: “Ey camaatım, Allaha ibadət edin! Sizin Ondan başqa bir tanrınız yoxdur. Allahdan qorxmursunuzmu?"
Sabirə Dünyamalıyeva:
and olsun ki, Ada da qardaşları Hudu elçi göndərdik. O, "Ey qövmüm! Allaha bəndəlik edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Hələ də Allahın mühafizəsi altına daxil olmayacaqsınız?" dedi.