Əlixan Musayev:
Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbrli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda yüz (səbrli kişi) olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır.
Bünyadov-Məmmədəliyev:
Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbrli kişi olsa, iki yüz kafirə, yüz səbrli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!
Elmir Quliyev
:
О Пророк! Вдохновляй верующих на сражение. Если будет среди вас двадцать терпеливых, то они одолеют две сотни; если же их среди вас будет сотня, то они одолеют тысячу неверующих, потому что они — люди неразумные.
Ələddin Sultanov:
Ey Peyğəmbər, möminləri döyüşə həvəsləndir! Əgər sizdən iyirmi nəfər səbirli şəxs olarsa, onlar iki yüz nəfəri məğlub edərlər. Sizdən yüz nəfər olarsa, kafirlərdən min nəfəri məğlub edərlər. Çünki onlar anlamayan bir tayfadır.
Kerbelayi Malik ağa:
Ey Peyğəmbər! Möminləri döyüşə təşviq et (istəklərini artır). Əgər sizdən səbirli 20 nəfər olsa, 200 nəfərə qalib gələr. Əgər sizdən 100 nəfər olsa, onlar idrak etməyən (anlamayan) bir qövm olmaları səbəbiylə, kafir kimsələrdən 1000 nəfərə qalib gələr.
Ələsgər Musayev:
Ay nəbi! Həris et inananları döyüşə. Əgər sizdən iyirmi nəfər səbirli olsa, iki yüz nəfərə qalib gələrlər. Əgər sizdən yüz nəfər olsa, onda onlar min nəfərə - o kəslərə ki, kafirdirlər, qalib gələrlər. Ona görə ki, onlar bir qoumdur, anlamazlar!
A.Mehdiyev və D.Cəfərli:
Ey Peyğəmbər, möminləri cihada həvəsləndir. Əgər sizdən iyirmi nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər. Əgər sizdən yüz nəfər olsa, onlar kafirlərin min nəfərinə qalib gələrlər. Çünki onlar anlamaz bir qövmdürlər (şücaət və bu kimi ruhu sifətlərin qüvvətlənməsinə səbəb olan tovhidi dərindən dərk etmirlər).
Kövsər Tağıyev:
Ey Peyğəmbər! Möminləri savaşa təşviq et. Əgər aranızda səbirli iyirmi nəfər olsa, iki yüz nəfərə qalib gələrlər. Əgər aranızda (səbirli) yüz nəfər olsa, inkar edənlərdən min nəfərə qalib gələrlər. Çünki onlar anlamayan bir qövmdür.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey peyğəmbər! Möminləri döyüşə qaldır! Əgər sizin aranızda iyirmi nəfər səbrlisi olsa, iki yüzə qalib gələr, əgər aranızda yüzü olsa kafirlərdən mininə üstün gələr, çünki onlar anlamaz camaatdır.
Sabirə Dünyamalıyeva:
Ey Peyğəmbər! Möminləri döyüşə həvəsləndir. Əgər sizdən iyirmi səbirli adam olsa, iki yüzə qalib gələr. Və əgər sizdən yüz olsa, şübhəsiz, kafirlərdən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərdən] min nəfərə qalib gələr, çünki onlar anlamaz bir qövmdürlər.