Tövbə Surəsi 65. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan (nə üçün istehza etdiklərini) soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə Onun Elçisinə istehzamı edirsiniz?
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən üçün belə etdiklərini) soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə Peyğəmbərinə istehzamı edirsiniz?!
Elmir Quliyev :
Если ты их спросишь, они непременно скажут: "Мы только болтали и забавлялись". Скажи: "Неужели вы насмехались над Аллахом, Его аятами и Его Посланником?
Ələddin Sultanov:
Əgər onlardan (nə üçün istehza etdiklərini) soruşsan: “Sadəcə olaraq başımız söhbətə qarışıb zarafatlaşırdıq”, - deyərlər. De ki: “Allaha, Onun ayələrinə Peyğəmbərinəmi istehza edirsiniz?
Kerbelayi Malik ağa:
Əgər onlardan soruşsan mütləq: ‘Biz yalnız söhbətə dalmışdıq əylənirdik.’ deyəcəklər. De ki: ‘Siz Allah ilə Onun ayələri Rəsulu ilə istehza edirdiniz?’
Ələsgər Musayev:
Əgər onlardan sual etsən, deyərlər: «Biz ancaq zarafat edib, əylənirdik». De: «Ə, Allah ilə Onun ayətləri ilə Onun rəsulu ilə istehza edirdiniz?
A.Mehdiyev və D.Cəfərli:
Əgər onlardan (nə üçün İslam əleyhinə danışır fəaliyyət göstərirdiniz?) soruşsan, «biz yalnız zarafat edir oynayırdıq» deyəcəklər. De: «Allaha, Onun ayələrinə Peyğəmbərinə istehza edirdiniz?»
Kövsər Tağıyev:
Əgər onlardan (nə üçün istehza etdiklərini) soruşsan: “Biz ancaq söhbət edib öz aramızda zarafatlaşırdıq”, deyərlər. De ki: “Allaha, Onun ayələrinə Peyğəmbərinə istehza edirdiniz?”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan sual etsən, əlbəttə, deyərlər: "Başımız söhbətə qarışmışdı, əylənirdik". De: "Allaha, Onun ayələrinə peyğəmbərinəmi istehza edirdiniz?"
Sabirə Dünyamalıyeva:
əgər onlardan soruşsaydın, mütləq: "Sadəcə olaraq bizim başımız qarışmışdı, oyun oynayırdıq" deyəcəklər. De ki: "Allah, ayələri Elçisi ilə istehzamı edirsiniz?"