Əlixan Musayev:
O dedi: “Əhatə olunub çarəsiz qalmanız istisna olmaqla, onu yanıma gətirəcəyinizə dair Allaha and içməyincə onu sizinlə göndərməyəcəyəm”. Onlar and içdikdə (Yaqub) dedi: “Allah söylədiklərimizə Vəkildir”.
Bünyadov-Məmmədəliyev:
(Yəqub) dedi: “Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Bin Yamini (sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm!” Onlar and içib söz verdikdə (Yəqub): “Allah dediyimizə şahiddir!” – dedi.
Elmir Quliyev
:
Он сказал: "Я не отпущу его с вами, пока вы не поклянетесь Аллахом, что непременно вернетесь с ним, если только вы не попадете в окружение". Когда же они поклялись ему, он сказал: "Аллах является Попечителем и Хранителем того, что мы сказали".
Ələddin Sultanov:
(Yaqub) dedi: “Başınıza bir müsibət gəlməsi istisna olmaqla, onu mütləq mənə gətirəcəyinizə dair Allah adına mənə söz verməyincə, onu sizinlə göndərməyəcəyəm”. Onlar söz verdikdən sonra (Yaqub) dedi: “Allah bizim söylədiklərimizə şahiddir”.
Kerbelayi Malik ağa:
(Yaqub ə.s): ‘Sizin əhatə edilməyiniz (çarəsiz qalmağınız) istisna olmaqla, onu mütləq mənə geri gətirəcəyinizə dair Allah adına bir misaq (qəti söz) verənə qədər onu sizinlə əsla göndərmərəm.’ dedi. Bunun üzərinə ona misaq verdilər. O zaman belə dedi: ‘Allah bizim söylədiklərimizə vəkildir.’
Ələsgər Musayev:
Dedi: «Onu yanıma qaytarmanız üçün Allahın adına
sizdən əhd almayınca, sizinlə göndərmərəm, ancaq sizə nə isə
bir hadisə üz verə». Onda ki, onunla əhd bağladılar, dedi:
«Allah dediyimizə Vəkildir!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Onu mütləq mənə gətirəcəyiniz barəsində ə hamılıqla bəla və müsibətə düçar olub həlak olmağınız istisna olmaqla l Allah tərəfindən mənə möhkəm bir əhd-peyman verməyincə, onu əsla sizinlə göndərmərəm». Beləliklə, elə ki, onunla möhkəm əhd-peyman bağladılar, dedi: «Allah bizim dediyimizə vəkil və şahiddir».
Kövsər Tağıyev:
Ataları: “Mühasirəyə düşüb çıxılmaz vəziyyətdə qalmağınız xaric, onu mənə gətirəcəyinizə dair Allah adına səmimi bir söz vermədikcə onu sizinlə göndərməyəcəyəm”, – dedi. Onlar ona söz verdikdə isə: “Allah söylədiklərimizə vəkildir”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Əgər sizə bir bəla üz verməsə, onu yanıma gətirəcəyinizə Allaha and içməyincə onu sizinlə göndərməyəcəyəm". Onlar and içdikdə o dedi: "Allah bizim dediklərimizə şahiddir!"
Sabirə Dünyamalıyeva:
Ataları dedi ki: "Ətrafınız mühasirə edilmədiyi/hamınız çarəsiz qalmadığı təqdirdə, onu mənə həqiqətən gətirəcəyinizə dair Allaha and içib söz verməsəniz, onu qətiyyən sizinlə birgə göndərmərəm." Onlar atalarına təminat verdikdə, ataları: "Bu dediklərimizi Allahın, müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirənin yönləndirməsi ilə etdik" dedi.