İsra Surəsi 66. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Lütfünə nail olasınız deyə dənizdə gəmiləri sizin üçün hərəkətə gətirən Rəbbinizdir. Həqiqətən, O sizə qarşı rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Sizin üçün (bol) nemətindən özünüzə ruzi axtarmaq (qazanmaq) məqsədilə dənizdə gəmiləri hərəkətə gətirən məhz Rəbbinizdir! Həqiqətən, Rəbbiniz sizə qarşı rəhmlidir!
Elmir Quliyev :
Ваш Господь ведет для вас по морю корабли, дабы вы могли снискать Его милость. Воистину, Он милосерден к вам.
Ələddin Sultanov:
Rəbbiniz, lütfünü (nemətlərini) istəyəsiniz deyə, gəmiləri sizin üçün üzdürəndir. Həqiqətən, O sizə qarşı çox mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Rəbbiniz Onun fəzlindən axtarasınız deyə dənizdə gəmiləri sizin üçün üzdürər. Çünki O, sizə rəhmət edicidir.
Ələsgər Musayev:
Rəbbiniz Odur ki, sizin üçün gəmiləri dəryada cari etdi, Onun fəzlindən axtarmanız üçün. Həqiqətən, O oldu sizinlə Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
Sizin Rəbbiniz Onun lütf ruzisindən arayasınız deyə (gəmini icad etmək qüdrəti onun düzəldilməsi üçün gərəkli olan ləvazimatları verməklə suyun təbiətini yumşaltmaqla) gəmiləri dənizdə sizin xeyrinizə hərəkət etdirəndir. Çünki O, sizə qarşı həmişə mehribandır.
Kövsər Tağıyev:
Rəbbiniz öz lütfündən payınıza düşəni axtarasınız deyə sizin üçün dənizdə gəmiləri hərəkət etdirəndir. Şübhəsiz, O, sizə qarşı çox mərhəmətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin Rəbbiniz Onun lütfündən bir şey əldə etmək üçün dənizdə gəmini sizin üçün hərəkətə gətirəndir. O, həqiqətən, sizə rəhm edəndir.
Sabirə Dünyamalıyeva:
Sizin Rəbbiniz Öz nemətlərindən haqqınız olanları axtarasınız deyə, sizin üçün dənizdə gəmiləri üzdürəndir. Şübhəsiz ki, O, sizə çox mərhəmətlidir.