Məryəm Surəsi 66. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsan soruşar: “Doğrudanmı mən öldükdən sonra (qəbirdən) diri çıxardılacağam?”
Bünyadov-Məmmədəliyev:
(Qiyaməti inkar edən) insan: “Mən öldükdən sonra (qəbirdən) dirimi çıxardılacağam?” deyə soruşur.
Elmir Quliyev :
Человек говорит: "Неужели после того, как я умру, я выйду из могилы живым?"
Ələddin Sultanov:
İnsan: “Həqiqətən, mən öldükdən sonra (qəbirdən) diri olaraq çıxardılacağammı?” - deyir.
Kerbelayi Malik ağa:
İnsan: ‘Mən öldükdən sonramı canlı olaraq çıxarılacam?’ deyər.
Ələsgər Musayev:
Deyir insan: «Onda ki, öldüm, sonra xaric olaraq diriləcəyəmmi?»
A.Mehdiyev və D.Cəfərli:
(Məadı inkar edən) insan həmişə «mən öləndə(n sonra) doğrudanmı tezliklə (torpağın altından) diri(ldilərək) çıxarılacağam?!» deyir.
Kövsər Tağıyev:
İnsan: “Öldüyüm zaman, həqiqətən, diri olaraq (torpaqdan) çıxardılacammı?” deyər.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsan deyir: "Məgər mən öldükdən sonra (qəbrdən) diri çıxarılacağam?"
Sabirə Dünyamalıyeva:
o insan: "Mən öldüyüm zaman, gələcəkdə həqiqətən diri olaraq çıxarılacağammı?" deyir.