Bəqərə Surəsi 66. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz bunu onlarla (bir dövrdə) olanlar onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.
Bünyadov-Məmmədəliyev:
Biz bunu onlarla bir dövrdə yaşayanlar sonradan gələnlər üçün ibrət müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.
Elmir Quliyev :
Мы сделали это примерным наказанием для них самих и для будущих поколений, а также назиданием для богобоязненных.
Ələddin Sultanov:
Biz bunu o dövrdəkilər sonradan gələnlər üçün ibrət, müttəqilər üçün nəsihət olsun deyə etdik.
Kerbelayi Malik ağa:
Beləcə, onu (bu cəzanı) həyatda olanlara onların ardından gələcək olanlara bir ibrət təqva sahibləri üçün bir öyüd-nəsihət etdik.
Ələsgər Musayev:
etdik onu xəbərdarlıq ki, onun qarşısının arxasının arasındakılar üçün nəsihət müttəqilər üçün.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Biz o cəzanı (həmin dövrdə) olanlar sonrakı nəsillər üçün ibrətamiz bir cəza təqvalılar üçün öyüd-nəsihət etdik.
Kövsər Tağıyev:
Bunu həm onu görənlər, həm sonradan gələnlər üçün bir ibrət Allaha qarşı gəlməkdən çəkinənlər üçün bir öyüd olsun deyə etdik.1
M.Qənioğlu və T.Bilaloğlu:
Biz bunu onlara (onlardan) sonra gələnlər üçün bir ibrət dərsi, müttəqilər üçün isə bir öyüd-nəsihət etdik.
Sabirə Dünyamalıyeva:
Sonra da alçaq meymunluğu, eyni dövrdə yaşayanlara sonrakılara böyük bir dərs Allahın mühafizəsi altına daxil olan insanlar üçün bir nəsihət/öyüd halına gətirdik.