Taha Surəsi 66. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Musa) dedi: “Yox, siz atın!” (Sehrbazlar əllərindəkiləri yerə atan kimi) ona elə gəldi ki, onların kəndirləri çomaqları sehrləri sayəsində hərəkətə gəlib sürünür.
Bünyadov-Məmmədəliyev:
O (Musa) dedi: “Xeyr, (əvvəlcə) siz tullayın!” (Sehrbazlar əllərindəkini yerə atan kimi) onların sehri üzündən birdən (Musaya) elə gəldi ki, onların ipləri dəyənəkləri hərəkətə gəlib (ilan kimi qarnı üstə) sürünür.
Elmir Quliyev :
Он сказал: "Нет, бросайте вы!" И тут ему представилось, что их веревки и посохи от их колдовства пришли в движение.
Ələddin Sultanov:
Musa: “Xeyr, siz atın!” - dedi. Bu zaman onların sehri nəticəsində ona elə gəldi ki, onların ipləri çomaqları (ilan kimi) sürünür.
Kerbelayi Malik ağa:
(Musa ə.s): ‘Xeyr, (siz) atın!’ dedi. Beləcə (onları atdıqları) zaman onların ipləri əsaları Ona onların sehrləri səbəbiylə ’sürətlə hərəkət edirmiş’ kimi göründü.
Ələsgər Musayev:
Dedi: «Bəli, siz atın!» Onda ki, ona elə gəldi ki, onların ipləri əsaları sehr gücündən hərəkət edir.
A.Mehdiyev və D.Cəfərli:
Musa dedi: Xeyr, siz atın. (Onlar atdılar.) Beləliklə onların kəndir əsaları sehr nəticəsində birdən Musanın xəyalında sürətlə (ora-bura) gedən təsəvvürü yaratdı.
Kövsər Tağıyev:
Musa: “Xeyr, (əvvəlcə) siz atın”, dedi. (Onlar sehrlərini göstərməyə başlayan kimi) Ona elə gəldi ki, etdikləri sehrdən dolayı onların ipləri dəyənəkləri hərəkətə gəlib sürətlə sürünür.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Yox, siz atın!" Ona elə gəldi ki, onların kəndirləri əsaları onların sehrindən sürünüb gedirlər.
Sabirə Dünyamalıyeva:
Musa: "Əksinə, siz meydana qoyun" dedi. Bir görsün! Onların təcrübələri, köhnə inanışları tezisləri/çör-çöpləri/xırım-xırda bilikləri, işlədikləri sehr/hünərli nümayiş səbəbindən gözündə böyüdü.