Əlixan Musayev:
Həm də onların elmi axirəti qavrayıb dərk edə bilməz. Üstəlik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar”.
Bünyadov-Məmmədəliyev:
Xeyr, onların (müşriklərin) elmi axirəti qavrayıb dərk edə bilməz. Xeyr, onlar (axirət) barəsində şəkk-şübhə içindədirlər. Xeyr, onlar ona qarşı kordurlar!” (Müşriklər axirətə inanmadıqları halda, nə üçün onun barəsində sual verirlər?! Məgər onların elmi belə bir sual verməyə kifayətdirmi?! Və ya müşriklər axirət haqqında yalnız qəbirlərindən çıxardılıb dirildiləcəkləri zaman biləcəklər ki, bu da onlara heç bir fayda verməyəcəkdir!)
Elmir Quliyev
:
Более того, они не знают о Последней жизни (или но их знание станет совершенным в Последней жизни). Более того, они сомневаются в ней и даже слепы к ней".
Ələddin Sultanov:
Xeyr, onların axirət haqqında kifayət qədər məlumatları yoxdur. Xeyr, onlar axirət barəsində şübhə içindədirlər. Xeyr, onlar axirətə qarşı kordurlar.
Kerbelayi Malik ağa:
Xeyr, axirət haqqında onların elmləri tamamlandı (məlumatlar tamamilə onlara verildi). Əksinə onlar (hələ də) ondan (axirətdən) şübhə içindədirlər. Xeyr, onlar, ona (axirət dəlillərinə) qarşı kordurlar (onları anlayacaq bəsirətləri yoxdur).
Ələsgər Musayev:
Bəli! Onların elmi axirəti dərk edərmi? Bəli! Onlar ondan şəkdədirlər. Bəli! Onlar ondan kordurlar!
A.Mehdiyev və D.Cəfərli:
(Qiyamət haqdır.) Onların axirətə olan elmi (başları tamam dünyaya qarışdığına görə) qurtarmışdır. Əslində onlar (dəlilləri eşitməklərinə baxmayaraq yenə də) axirət barəsində şəkk–şübhədədirlər. (Bədbəxtlikləri üzündən və qəlblərinə vurulan möhürə görə) axirətə qarşı kordurlar.
Kövsər Tağıyev:
Axirət (gününün gerçəkləşəcəyi) haqqında elm (peyğəmbərlər vasitəsilə) onlara ard-arda gəlmişdir. Lakin onlar bu barədə şəkk-şübhə içindədirlər. Daha doğrusu onlar axirət barəsində kordurlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəli, onların axirət haqqındakı bilikləri zəif qalmışdır. Bəli, onlar hələ də onun barəsində şəkk-şübhə içindədirlər. Bəli, onlar axirətə qarşı kordurlar.
Sabirə Dünyamalıyeva:
Əslində axirət haqqındakı biliklər onlara arxa-arxaya gəlməkdədir. Fəqət onlar, bundan bir qəti olmayan, əskik məlumat içindədirlər. Daha doğrusu, onlar buna qarşı kordurlar.