Əlixan Musayev:
(Bu ona görədir) ki, Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər və (hələlik) əylənsinlər. Amma tezliklə biləcəklər.
Bünyadov-Məmmədəliyev:
Onlara verdiyimiz neməti inkar etsinlər və (dünyada istədikləri kimi) kef çəkib zövq alsınlar deyə (rüsxət verərik). Onlar (öz əməllərinin ağır nəticəsini) mütləq biləcəklər!
Elmir Quliyev
:
Это происходит для того, чтобы они проявили неблагодарность за то, чем Мы их одарили, и могли попользоваться благами, но скоро они узнают.
Ələddin Sultanov:
Qoy özlərinə verdiklərimizi inkar edib kef çəksinlər! Onlar tezliklə (aqibətlərini) biləcəklər.
Kerbelayi Malik ağa:
Onlara verdiyimiz şeyləri inkar etsinlər (nankorluq etsinlər) və faydalansınlar. Amma yaxında biləcəklər.
Ələsgər Musayev:
kafir olmaları üçün nə ilə ki, əta etmişik onlara və mətahlanmaları üçün. Sonra biləcəklər!
A.Mehdiyev və D.Cəfərli:
Qoy onlar verdiklərimizə (nicat nemətinə) nankorluq etsinlər və (dünya ləzzətlərindən) bəhrələnsinlər, (əməllərinin nəticələrini) tezliklə biləcəklər.
Kövsər Tağıyev:
Qoy onlara verdiyimiz nemətlərə nankorluq etsinlər və bir müddət daha faydalansınlar etsinlər. Onlar biləcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
ki, onlara verdiyimiz nemətlərə nankorluq etsinlər və onlar (istədikləri qədər) həzz alsınlar, sonra biləcəklər!
Sabirə Dünyamalıyeva:
bir də baxarsan ki, onlar özlərinə verdiyimiz nemətlərə qarşı nankorluq etmək və bəhrələnmək üçün Allahın şərikləri olduğunu qəbul edirlər. Artıq onlar tezliklə biləcəklər.