Əlixan Musayev:
De: “Rəbbimdən mənə açıq-aydın dəlillər gəldiyi zaman sizin Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmiş və mənə aləmlərin Rəbbinə itaət etmək əmr olunmuşdur”.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) De: “Rəbbimdən mənə açıq-aşkar dəlillər gəldiyi zaman sizin Allahdan qeyri tapındıqlarınıza (bütlərə) ibadət etmək mənə qadağan olunmuş, ancaq aləmlərin Rəbbinə təslim olmaq buyurulmuşdur!”
Elmir Quliyev
:
Скажи: "Воистину, мне запрещено поклоняться тем, кого вы призываете помимо Аллаха, с тех пор, как ко мне явились ясные знамения от моего Господа, и мне велено покориться Господу миров".
Ələddin Sultanov:
De: “Allahdan başqa dua etdiklərinizə ibadət etməyim Rəbbimdən gələn açıq-aşkar dəlillərlə mənə qadağan olunmuşdur. Mənə aləmlərin Rəbbinə təslim olmağım əmr olunmuşdur”.
Kerbelayi Malik ağa:
De ki: ‘Şübhəsiz ki, mənə Rəbbimdən dəlillər gəldiyi zaman sizin Allahdan başqa tapındıqlarınıza qul olmaq qadağan edildi. Aləmlərin Rəbbinə təslim olmaqla (ruhumu, vücudumu, nəfsimi və iradəmi Allaha təslim etməklə) əmr olundum.’
Ələsgər Musayev:
De: «Mənə qadağan olunub ibadət etmək o kəslərə ki,
çağırırsınız Allahdan başqa, amma elə ki, gəldi mənə
bəyanatlar Rəbbimdən və mənə əmr olundu ki, təslim olum
Rəbbi üçün aləmlərin!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Rəbbim tərəfindən mənə aydın dəlillər gələn vaxtdan sizin, Allahın yerinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan edilib və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur.»
Kövsər Tağıyev:
De ki: “Rəbbimdən mənə açıq-aşkar dəlillər gəldikdə Allahı buraxıb tapındıqlarınıza tapınmağım mənə qadağan edildi və mənə aləmlərin Rəbbinə təslim olmağım əmr edildi”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Rəbbimdən mənə aydın dəlillər gəldikdən sonra Allahdan başqa çağırdığınız (tanrılara) ibadət etmək mənə qadağan olunmuşdur və mənə aləmlərin Rəbbinə itaət etmək əmr olunmuşdur."
Sabirə Dünyamalıyeva:
De ki: "Rəbbimdən mənə açıq-aşkar dəlillər gəldiyi zaman, şübhəsiz ki, mənə, sizin Allahı qoyub ibadət etdiyiniz şeylərə qulluq etmək qəti surətdə qadağan edildi və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr edildi.