Zuxruf Surəsi 66. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar özləri hiss etmədən o Saatın qəflətən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?
Bünyadov-Məmmədəliyev:
Onlar özləri bilmədən qəfildən başlarının üstünü alacaq o saatdan (qiyamət saatından) başqa bir şeymi gözləyirlər?!
Elmir Quliyev :
Неужели они ожидают чего-либо, кроме Часа, который наступит для них внезапно, так что они даже не почувствуют его приближения?
Ələddin Sultanov:
Onlar özləri fərqində olmadan qəfildən qiyamətin gəlməsinimi gözləyirlər?!
Kerbelayi Malik ağa:
O saatın (qiyamətin) onlar hiss etmədən qəflətən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?
Ələsgər Musayev:
Məgər görərlərmi ancaq saatdan başqa bir şey ki, gələr onlara birdən onlar şüursuzdurlar?
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa onlar, (barəsində) qəflətdə ikən Qiyamətdən qeyrisinin gözlənilmədən onlara gəlməsini gözləyirlər?!
Kövsər Tağıyev:
Onlar (bu davranışları ilə) ancaq qiyamət gününün onlara anidən gəlməsini gözləyirlər, halbuki bunun fərqində deyillər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar heç özləri duymadan qəflətən onlara gələcək qiyamət günündən başqa bir şeymi gözləyirlər?
Sabirə Dünyamalıyeva:
Onlar özləri fərqinə varmadan, qəflətən, qiyamət anının gəlib çatmasından başqa bir şeymi gözləyirlər?