Əlixan Musayev:
(Quran) həqiqət ola-ola sənin camaatın onu yalan saydı. De: “Mən sizi qoruyan deyiləm”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sənin camaatın onu (Quranı), haqq olduğu halda, yalan hesab etdi. (Onlara) de: “Mən sizin vəkiliniz deyiləm!”
Elmir Quliyev
:
Твой народ счел его (Коран) ложью, хотя это — истина. Скажи: "Я не являюсь вашим попечителем и хранителем".
Ələddin Sultanov:
Sənin qövmün onu (Quranı), haqq olduğu halda yalan saydı. De: “Mən sizin vəkiliniz deyiləm”.
Kerbelayi Malik ağa:
O haqq olduğu halda, sənin qövmün onu yalanladı. ‘Mən sizin üzərinizdə vəkil deyiləm.’ de.
Ələsgər Musayev:
Sənin qoumun onun ilə yalan saydı və O, haqdır. De: «Mən sizin üzərinizdə vəkil deyiləm.
A.Mehdiyev və D.Cəfərli:
Sənin qövmün onu (Qur’anı) haqq olmasına baxmayaraq təkzib etdi. De: «Mən sizin üzərinizdə vəkil və nəzarətçi deyiləm (ki, sizləri nəyəsə məcbur edəm, əmrdən çıxanı cəzalandıram və itaət edənlərə mükafat verəm. Mənim vəzifəm buyurulanları çatdırmaqdır).»
Kövsər Tağıyev:
O (Qur`an) haqq olduğu halda qövmün onu yalan saydı. De ki: “Mən sizə vəkil (sizdən məsul) deyiləm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənin camaatın onu yalan hesab etdi, O isə haqdır. De: "Mən sizə vəkil deyiləm.
Sabirə Dünyamalıyeva:
Sənin qövmün isə əzab/Quran/ayələrin müfəssəl izahı haqq olduğu halda, onu təkzib etdi. De ki: "Mən sizin üçün, işləri müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən" biri deyiləm.