Əlixan Musayev:
Qövmünün kafir zadəganları dedilər: “Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!”
Bünyadov-Məmmədəliyev:
(Hud) tayfasının kafir başçıları ona: “Biz səni səfehlik içində görür və yalançılardan (biri) hesab edirik!” – deyə cavab verdilər.
Elmir Quliyev
:
Знатные люди из его народа, которые не уверовали, сказали: "Мы видим, что ты глупец, и считаем тебя одним из лжецов".
Ələddin Sultanov:
Qövmünün kafir başçıları belə demişdilər: “Həqiqətən, biz səni səfeh görür və yalançılardan hesab edirik!”
Kerbelayi Malik ağa:
Onun qövmündən inkar edən öndərlər belə dedi: ‘Şübhəsiz ki, biz səni bir səfehliyin (axmaqlığın) içində görürük. Həqiqətən biz sənin yalançılardan olduğunu güman edirik.’
Ələsgər Musayev:
Qoumundan böyükləri – o kəslər ki, inanmırdılar, dedi: «Həqiqətən, biz səni səfehlikdə görürük və zənn edirik səni yalançılardan!»
A.Mehdiyev və D.Cəfərli:
Qövmünün kafir olan böyükləri və başçıları dedilər: «Doğrudan da biz səni səfehlik və nadanlıq içərisində görürük və həqiqətən səni yalançılardan hesab edirik».
Kövsər Tağıyev:
Qövmünün öndərlərindən inkar edənlər dedilər ki: “Şübhəsiz, biz səni ağılsız görürük. Biz qəti surətdə sənin yalançılardan olduğuna inanırıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun camaatından küfr edənlərin başçıları dedilər: “Biz səni səfehlik içərisində görürük, biz səni yalançılardan hesab edirik!"
Sabirə Dünyamalıyeva:
Qövmünün başçıları olan kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kimsələr], "Biz səni ağıl sarıdan yüngüllük/cahillik içində görürük və həqiqətən səni yalançılardan sayırıq" dedilər.