Əlixan Musayev:
Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?”– dedilər. (Musa): “Cahil olmaqdan Allaha sığınıram!”– dedi.
Bünyadov-Məmmədəliyev:
Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” – dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” – dedilər”. (Musa da: ) Allah Özü məni cahil olmaqdan saxlasın!” – dedi.
Elmir Quliyev
:
Вот Муса (Моисей) сказал своему народу: "Аллах приказывает вам зарезать корову". Они сказали: "Неужели ты насмехаешься над нами?" Он сказал: "Упаси меня Аллах оказаться одним из невежд".
Ələddin Sultanov:
Vaxtilə Musa öz qövmünə: “Allah sizə bir inək kəsməyinizi əmr edir!” - demişdi. Onlar: “Bizi məsxərəyəmi qoyursan?” - dedilər. Musa: “Cahillərdən olmaqdan Allaha sığınıram!” - dedi.
Kerbelayi Malik ağa:
Musa (ə.s) qövmünə: ‘Allah sizə bir inək kəsməyinizi əmr edir.’ demişdi. (Onlar): ‘Bizimlə istehzamı edirsən?’ dedilər. (Musa ə.s) onlara: ‘Cahillərdən olmaqdan Allaha sığınıram.’ dedi.
Ələsgər Musayev:
Və onda dedi Musa qoumu üçün: «Həqiqətən, Allah
əmr edir sizə ki, kəsəsiniz inəyi!» Dedilər: «Ə, bizi
əyləncəyəmi tutursan?» Dedi: «Pənah Allah ilə ki, olaram
cahillərdən!»
A.Mehdiyev və D.Cəfərli:
Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Allah sizə (naməlum şəxsin qatilinin kimliyinin bilinməsi üçün) dişi bir inək kəsməyinizi əmr edir». Dedilər: «Bizi məsxərə edirsən?!» Dedi: «Nadanlardan olmaqdan Allaha pənah aparıram.» (Çünki, məsxərə etmək nadanların işidir.)
Kövsər Tağıyev:
Bir vaxt Musa qövmünə: “Allah sizə bir inək kəsməyi əmr edir”, – demişdi. Onlar da: “Sən bizi ələ salırsan?” – demişdilər. Musa: “Həddini bilməz cahillərdən olmaqdan Allaha sığınıram”, – demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Musa öz camaatında dedi: "Allah sizə bir inək kəsməyi əmr edir." Onlar: "Sən bizi ələ salrsanmı ?" söylədilər. Musa dedi: "Mən Allaha pənah aparıram ki, cahillərdən olmayım."
Sabirə Dünyamalıyeva:
Və bir zaman Musa öz qövmünə, "Şübhəsiz ki, Allah, sizə bir inək kəsməyi əmr edir!" demişdi. Onlar, "Sən, bizi ələ salırsan?" dedilər. Musa, "Mən, cahillərdən biri olmaqdan Allaha sığınıram" dedi.