Ənbiya Surəsi 67. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?”
Bünyadov-Məmmədəliyev:
Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz əməllərin qəbahətini) anlamırsınız?”
Elmir Quliyev :
Тьфу на вас и на то, чему вы поклоняетесь вместо Аллаха! Неужели же вы не образумитесь?"
Ələddin Sultanov:
Tfu sizə də, Allahı qoyub ibadət etdiklərinizə də! Siz hələ dərk etmirsinizmi?”
Kerbelayi Malik ağa:
Sizə Allahdan başqa tapındığınız şeylərə yazıqlar olsun. Hələ ağıl işlətmirsinizmi?
Ələsgər Musayev:
Tfu sizə Allahın əvəzinə ibadət etdiklərinizə! Ə, əql etməzsinizmi?»
A.Mehdiyev və D.Cəfərli:
Tfu həm sizə, həm Allahın yerinə ibadət etdiklərinizə! Heç düşünmürsünüz?!
Kövsər Tağıyev:
“Ar olsun sizə də, sizin Allahdan başqa tapındıqlarınıza da! Hələ düşünmürsünüzmü?”
M.Qənioğlu və T.Bilaloğlu:
Tfu sizə də, Allahdan başqa ibadət etdiklərinizə də! Ağlınızı başınıza yığmazsınızmı?"
Sabirə Dünyamalıyeva:
Sizin də, Allahın altındakılardan tapındıqlarınızın da vay halına! Siz hələ ağıllanmayacaqsınızmı?" dedi.