Ənkəbut Surəsi 67. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, (Məkkəni) onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?
Bünyadov-Məmmədəliyev:
Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın nemətinimi danırlar?
Elmir Quliyev :
Неужели они не видят, что Мы сделали Мекку безопасным святилищем, тогда как вокруг них людей хватают? Неужели они веруют в ложь и не веруют в милость Аллаха?
Ələddin Sultanov:
Ətraflarındakı insanlar yaxalanarkən (hücuma məruz qalıb talan edilərkən) Məkkəni müqəddəs təhlükəsiz bir yer etdiyimizi görmədilərmi? Onlar hələ batilə inanıb Allahın nemətinə qarşı nankorluq edirlər?!
Kerbelayi Malik ağa:
Onun ətrafındakı insanlar zorla qaçırılıb əsir alınarkən, onu (Məkkəni) müqəddəs əmin-amanlıq yeri etdiyimizi görmədilərmi? Hələ batiləmi inanırlar Allahın nemətini inkarmı edirlər?
Ələsgər Musayev:
Ə, onlar görmədilərmi, Biz etdik haramı əmin ətrafında isə insanları qamarlayırlar? Ə, onlar batilə inanır nemətinə Allahın kafirmi olurlar?
A.Mehdiyev və D.Cəfərli:
Məgər görmədilərmi ki, Biz (dünya əhalisinə) əmin-amanlıq olan bir hərəm (yer) etdik, halbuki (əmin-amanlığın olmaması üzündən) onların ətrafında insanlar oğurlanırdı? Belə isə, (indi) məgər batiləmi iman gətirirlər, Allahın nemətinimi (din kitabı) inkar edirlər?!
Kövsər Tağıyev:
Ətraflarındakı insanlar tutulub aparılarkən, bizim onların yurdlarını əmin bir yer etdiyimizi görmədilərmi? Onlar hələ batilə inanır Allahın nemətini inkar edirlər?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar öz ətraflarındakı [başqa yerlərdən] adamlann qaçırılıb (zülmə məruz edildikləri) halda Bizim (Məkkəni) təhlükəsiz müqəddəs bir yer düzəltdiyimizi görmürlərmi? Yəni onlar batilə inanır, Allahın nemətini isə inkar edirlər?
Sabirə Dünyamalıyeva:
Yoksa ətraflarında insanların zorla qamarlanıb aparılmasına baxmayaraq, Məkkəni etibarlı, toxunulmaz etdiyimizi görmürlərmi? Hələ batilə inanırlar Allahın nemətinə qarşı nankorluqmu edirlər?