Əhzab Surəsi 67. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.
Bünyadov-Məmmədəliyev:
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar.
Elmir Quliyev :
Они скажут: "Господь наш! Мы повиновались нашим старейшинам и нашей знати, и они сбили нас с пути.
Ələddin Sultanov:
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.
Kerbelayi Malik ağa:
(Cəhənnəmdə olanlar) deyərlər ki: ‘Ya Rəbbim, şübhəsiz ki, biz sadatlarımıza (dini rəhbərlərimizə) kübəramıza (böyüklərimizə) itaət etdik. Beləcə Sənin yolundan (Sirati Müstəqimindən) sapdırdılar.’
Ələsgər Musayev:
Dedilər: «Rəbbimiz! Biz itaət etdik seyidlərimizə böyüklərimizə onlar bizi yoldan zəlalətə saldılar!
A.Mehdiyev və D.Cəfərli:
deyərlər: «Ey Rəbbimiz, biz öz ağalarımıza böyüklərimizə itaət etdik, onlarsa bizi (düz) yoldan azdırdılar».
Kövsər Tağıyev:
Həmçinin belə deyəcəklər: “Ey Rəbbimiz! Biz öndərlərimizə böyüklərimizə itaət etdik, onlar isə bizi yoldan sapdırdılar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyəcəklər: "Rəbbimiz, biz öz ağalarımıza böyüklərimizə itaət etdik, onlar da bizi yoldan çıxartdılar.
Sabirə Dünyamalıyeva:
dedilər ki: "Ey Rəbbimiz! Şübhəsiz ki, biz ağalarımıza böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.