Saffat Surəsi 67. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir.
Bünyadov-Məmmədəliyev:
Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır.
Elmir Quliyev :
Потом они (плоды заккума) будут смешаны для них с кипятком.
Ələddin Sultanov:
Sonra onun üstündən onlar üçün qaynar su qarışdırılmış bir içki vardır.
Kerbelayi Malik ağa:
Sonra da şübhəsiz ki, onlar üçün onun üstünə mütləq həmim (qaynar su) qarışdırılmış içki vardır.
Ələsgər Musayev:
Sonra isə onlar üçün qaynar içməli su vardır.
A.Mehdiyev və D.Cəfərli:
Sonra onlar üçün onun (həmin yeməyin) üstündən qaynar su ilə qarışmış içki vardır (Cəhənnəmdən kənarda ondan içərlər).
Kövsər Tağıyev:
Sonra onlar üçün bunun üstündən qaynar sudan qarışıq bir içki var.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra orada onlar üçün zəqqumun üstündən (içəcəkləri) qaynar bir içki vardır.
Sabirə Dünyamalıyeva:
Sonra şübhəsiz onlar üçün, bunun üstündən qaynar suyla qarışıq bir içki var.