Əlixan Musayev:
Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifə-sini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!
Elmir Quliyev
:
О Посланник! Возвести то, что ниспослано тебе от своего Господа. Если ты не сделаешь этого, то не донесешь Его послания. Аллах защитит тебя от людей. Воистину, Аллах не наставляет на прямой путь неверующих людей.
Ələddin Sultanov:
Ey Peyğəmbər! Rəbbindən sənə nazil ediləni (Quranı) təbliğ et! Əgər bunu etməzsən, Onun risalətini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaqdır. Şübhəsiz ki, Allah kafir qövmü doğru yola yönəltməz.
Kerbelayi Malik ağa:
Ey Rəsul! Rəbbindən sənə endiriləni təbliğ et. Əgər bunu etməzsənsə, o təqdirdə Onun Risalətini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafirlər qövmünü hidayətə ərdirməz.
Ələsgər Musayev:
Ay
rəsul! Təbliğ et nə ki, nazildir Rəbbindən sənə. Əgər etməsən,
onda Onun risalətini təbliğ etmiş olmazsan. Allah səni
insanlardan qoruyacaq. Həqiqətən, Allah hidayət etməz kafir
qoumu!
A.Mehdiyev və D.Cəfərli:
Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz.
Kövsər Tağıyev:
Ey Peyğəmbər! Rəbbindən sənə endiriləni təbliğ et. Əgər bunu etməsən, Onun verdiyi peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz, Allah kafirlər qövmünü hidayətə çatdırmayacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey peyğəmbər! Rəbbindən sənə nazil ediləni (insanlara) çatdır! Əgər etməsən, deməli sən Onun risaləsini [göndərişini] çatdırmamısan. Allah səni insanlardan qoruyar. Həqiqətən, Allah kafir adamları düz yola yönəltməz.
Sabirə Dünyamalıyeva:
Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et. Və əgər bunu etməsən, o zaman Onun verdiyi elçilik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah da səni insanlardan qoruyacaq. Şübhəsiz ki, Allah kafirlər [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] tayfasına yol göstərməz.