Ənfal Surəsi 67. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Peyğəmbərə yer üzündə (çoxlu kafir) qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti (qazanmağınızı) istəyir. Allah Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. (Ey möminlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Elmir Quliyev :
Не подобало Пророку брать пленных, пока он не пролил кровь на земле. Вы желаете мирских благ, но Аллах желает Последней жизни. Аллах Могущественный, Мудрый.
Ələddin Sultanov:
Yer üzündə (kafirləri) zəiflədənə qədər əsirlərə sahib olmaq heç bir peyğəmbərə yaraşmaz. Siz fani dünya malını istəyirsiniz, Allah isə (sizin üçün) axirəti istəyir. Allah qüdrətlidir, hikmət sahibidir. (Bəd döyüşündə müsəlmanlar yetmiş əsir tutmuş bu əsirlərin müəyyən qədər fidyə müqabilində azadlığa buraxılmalarını qərarlaşdırmışdılar. Bu qərardan sonra yuxarıdakı ayə nazil olmuşdur. Müharibədə hədəf zəfər qazanmaqdır. Fidyə müqabilində azad etmək məqsədilə düşmən əsgərlərini əsir tutmaqla məşğul olmaq isə zəfərə manedir.)
Kerbelayi Malik ağa:
Bir nəbi (peyğəmbər) üçün yer üzündə tamamilə zəfər qazanana qədər onun əsirlərinin olması, olmaz (uyğun deyil). Siz dünya malını istəyirsiniz Allah axirəti istəyir. Allah Əzizdir, Hakimdir
Ələsgər Musayev:
Olmadı nəbi üçün ki, olsun onun üçün əsirlər, ta ərzdə qırğın törənə. Siz dünya ərazisini istəyirsiniz Allah axirəti istəyir. Allah Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
(İlahi hökümətin qurulması onun qalması baxımından) heç bir peyğəmbərə hökümətini yer üzündə qüvvətləndirib möhkəmləndirənə qədər (döyüş) əsirlərinin olması yaraşmaz haqqı yoxdur (əksinə, düşmən döyüş əsnasında öldürülməlidir). Siz dünya malını (əsirləri satmaq ya fidyə ilə azad etmək) istəyirsiniz, Allah isə axirəti istəyir. Allah yenilməz qüdrətli hikmət sahibidir.
Kövsər Tağıyev:
Yer üzündə düşməni məğlub edib hakim olana qədər heç bir peyğəmbərə əsir götürmək yaraşmaz. Siz müvəqqəti dünya mənfəətini istəyirsiniz, halbuki Allah axirəti (qazanmağınızı) istəyir. Allah mütləq güc sahibidir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Yer üzündə (kafirlərə) üstün gəlməyincə heç bir peyğəmbərə əsirləri olması yaraşmaz. Siz bu dünyanın ötəri şeylərini istəyirsiniz. Allah isə axirəti istəyir. Axı Allah qüvvət hikmət sahibidir!
Sabirə Dünyamalıyeva:
Yer üzünde ağır gəlmədikcə; döyüşdə mütləq tam üstünlük əldə etmədikcə, özü üçün əsirlər almaq heç bir peyğəmbərə yaraşmaz. Siz, dünyanın genişliyini istəyirsiniz, Allah da axirəti istəyir. Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.