Tövbə Surəsi 67. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Münafiq kişilər münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar (insanları) pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur xəsislik göstərirlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar.
Bünyadov-Məmmədəliyev:
Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!
Elmir Quliyev :
Лицемеры и лицемерки подобны друг другу. Они велят совершать предосудительное, запрещают одобряемое и сжимают свои руки (скупятся делать пожертвования). Они предали забвению Аллаха, и Он предал их забвению. Воистину, лицемеры являются нечестивцами!
Ələddin Sultanov:
Münafiq kişilər münafiq qadınlar bir-birlərinə bənzəyirlər. Onlar pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edər xəsislik edərlər. Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər əsil fasiqlərdir.
Kerbelayi Malik ağa:
Münafiq kişilər münafiq qadınlar bir-birlərindəndir. Münkəri (pis əməlləri) əmr edərlər marufu (yaxşılığı) qadağan edərlər xəsislik edərlər. (Onlar) Allahı unutdular beləcə (O da) onları unutdu. Şübhəsiz ki, münafiqlər fasiqlərdir.
Ələsgər Musayev:
Münafiqlər münafiqələr - bəzisi onların bəzisindəndir; əmr edirlər bəyənilməyənlə nəhy edirlər mərifətdən əllərini bərk sıxırlar. Onlar Allahı unudublar Allah da onları unutdu. Həqiqətən, münafiqlər - onlar fasiqlərdir!
A.Mehdiyev və D.Cəfərli:
Münafiq kişilərlə münafiq qadınların bəziləri bəzilərindəndirlər (etiqad əməldə bir-birləri ilə bağlıdırlar). Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər öz əllərini (mallarını haqq yolunda xəcləməyə) bağlayarlar. Onlar Allahı unutdular, Allah da onları unutdu (bütün dəlil-sübutları göndərdikdən sonra onları öz başlarına buraxdı). Şübhəsiz münafiqlər həmin itaətsizlərdir.
Kövsər Tağıyev:
Münafiq kişilər münafiq qadınlar bir-birilərindəndir (bir-birilərinin bənzəridir). Pisliyi əmr edib yaxşılığı qadağan edərlər, əllərini sıx saxlayarlar. Onlar Allahı unutdular, Allah da onları unutdu. Şübhəsiz, münafiqlər məhz fasiqlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Münafiq kişi qadınlar bir-birilərindəndir. Onlar xoşagəlməz işlərə təhrik edir, xeyir işlərdən yayındırır əllərindəki (mal- dövləti) bərk-bərk saxlayırlar. Onlar Allahı unutmuşlar, O da onları unutmuşdur. Həqiqətən münafiqlər azğın olanlardır.
Sabirə Dünyamalıyeva:
Münafiq kişilər münafiq qadınlar bir-birindəndir; pisliyi əmr edər, yaxşılıqdan çəkindirərlər əllərini bərk saxlayarlar/xəsislik edərlər. Allahı tərk edərlər, Allah da onları tərk edər. Həqiqətən münafiqlər, məhz haqq yoldan çıxmış kəslərdir.