Əlixan Musayev:
Onlar: “Allah (Özünə )övlad götürmüşdü!”– dedilər. O pakdır, müqəddəsdir! O, (heç nəyə) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, Onundur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allaha qarşı bilmədiklərinizi söyləyirsiniz?
Bünyadov-Məmmədəliyev:
(Müşriklər:) “Allah Özünə övlad götürdü!” dedilər. Allah pak və müqəddəsdir. O, (övlada, uşağa) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu haqda (Allahın Özünə övlad götürməsi barədə) sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?
Elmir Quliyev
:
Они говорят: "Аллах взял себе сына". Пречист Он! Он богат, и Ему принадлежит то, что на небесах, и то, что на земле. Нет у вас никакого доказательства этому. Неужели вы наговариваете на Аллаха то, чего вы не знаете?
Ələddin Sultanov:
Onlar Allahın Özünə övlad götürdüyünü deyirlər. Halbuki O, pakdır və (belə xüsusiyyətlərdən) uzaqdır. O, heç nəyə möhtac deyil. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Buna (övlad götürməklə bağlı iddianıza) dair sizin heç bir dəliliniz yoxdur. Allah haqqında bilmədiyiniz bir şeymi söyləyirsiniz?
Kerbelayi Malik ağa:
‘Allah özünə övlad götürdü’ dedilər. O, ondan uzaqdır (Sübhandır). O, Ğanidir. Səmalarda və yer üzündə olan şeylər Onundur. Əlinizdə buna dair bir dəliliniz yoxdur. Allaha qarşı bilmədiyiniz bir şeymi söyləyirsiniz?
Ələsgər Musayev:
Dedilər: «Allah Özünə
övlad götürmüş!» O Sübhandır! O Qənidir! Onun üçündür nə
ki, səmalarda və nə ki, ərzdə var! Sizin yanınızda buna heç bir
dəlil yoxdur! Ə, deyəcəksinizmi Allahın üzərinə nə ki,
bilmirsiniz?
A.Mehdiyev və D.Cəfərli:
(Müşriklər) dedilər: «Allah (özünə) övlad götürmüşdür». O pakdır. O ehtiyacsızdır. Göylərdə və yerdə olanlar Ona məxsusdur. Sizin əlinizdə bu iddia(nı isbat etmək) üçün heç bir dəlil yoxdur. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?!
Kövsər Tağıyev:
“Allah (özünə) övlad götürdü”, – dedilər. O, bundan uzaqdır. O, hər baxımdan hədsiz zəngindir. Göylərdəki və yerdəki hər şey Onundur. Bu barədə əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz bir şey deyirsiniz?
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: “Allah özünə övlad götürmüşdür.“ Onun şəninə təriflər olsun! Onun (heç nəyə) ehtiyacı yoxdur! Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Sizdə bu (iddialarınıza) dair bir dəlil yoxdur. Allah haqqında bilmədiklərinizimi söyləyirsiniz?
Sabirə Dünyamalıyeva:
Dediler ki: "Allah, Özünə övlad götürdü." O, bundan pakdır. O, varlıdır/heç bir şeyə möhtac deyil. Göylərdə və yerdə olan şeylər Onundur. Buna dair yanınızda heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz bir şeyimi deyirsiniz?