Hud Surəsi 68. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sanki orada heç yaşamamışdılar. Həqiqətən, Səmud qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Səmud qövmü!
Bünyadov-Məmmədəliyev:
Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası (Allahın mərhəmətindən) kənar (uzaq) oldu!
Elmir Quliyev :
словно они никогда не жили там. Воистину, самудяне не уверовали в своего Господа. Да сгинут самудяне!
Ələddin Sultanov:
Sanki onlar orada heç yaşamamışdılar. Bilin ki, Səmud qövmü Rəbbini inkar etmişdi. Səmud qövmü (Allahın mərhəmətindən) uzaq olsun!
Kerbelayi Malik ağa:
Sanki orada heç var olmamışlar (yaşamamışlar) kimi. Həqiqətən Səmud qövmü Rəblərini inkar etmədilərmi? Səmud qövmü (Allahdan) uzaq oldu. Elə deyilmi?
Ələsgər Musayev:
sanki, orada yaşamayıblar. Ə, məgər yoxmu? Həqiqətən, Səmudlular Rəblərinə kafir oldular. Ə, məgər yoxmu? Səmudlular məhv olacaqlar!
A.Mehdiyev və D.Cəfərli:
Sanki əsla orada yaşamamışdılar. Bilin ki, Səmud qövmü özlərinin Rəbbinə küfr (və nankorluq) etdi. Bilin! (Allahın rəhmətindən) uzaq olsun Səmud qövmü!
Kövsər Tağıyev:
Sanki orada heç yaşamamışdılar. Bilin ki, Səmud qövmü Rəblərini inkar etdi. (Yenə) bilin ki, Səmud qövmü Allahın rəhmətindən uzaqlaşdı.
M.Qənioğlu və T.Bilaloğlu:
sanki heç orada yaşamamışdılar. Bəli, Səmud tayfası öz Rəbbinə küfr etdi. Səmud (tayfası) (Allahın mərhəmətindən) uzaq oldu.
Sabirə Dünyamalıyeva:
Sanki orada heç rifah içində yaşamamışdılar. Xəbəriniz olsun! Heç şübhəsiz ki, Səmud qövmü həqiqətən Rəbblərinə inanmadılar. Xəbəriniz olsun! Səmud üçün uzaqlıq [payı] verildi.