Nəhl Surəsi 68. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör.
Bünyadov-Məmmədəliyev:
Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal);
Elmir Quliyev :
Твой Господь внушил пчеле: "Воздвигай жилища в горах, на деревьях и в строениях.
Ələddin Sultanov:
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda (insanların) düzəltdikləri çardaqlarda özünə yuva qur!
Kerbelayi Malik ağa:
Rəbbin bal arısına vəhy etdi: ‘Dağlarda, ağaclarda onların (insanların) qurduqları çardaqlarda evlər (pətəklər) qur.’
Ələsgər Musayev:
Vəhy etdi sənin Rəbbin bal arısına: «Dağlarda ağaclarda o şeylər içərisində ki, icad edirlər, özünə yuva bina et.
A.Mehdiyev və D.Cəfərli:
Rəbbin bal arısına vəhy etdi (onun təbiətində bu əməlin şövq qüdrətini qoydu) ki: «Dağlardan, ağaclardan qurulan çardaqlardan (özünə münasib) evlər götür!»
Kövsər Tağıyev:
Rəbbin bal arısına belə ilham etdi: “Dağlarda, ağaclarda insanların qurduqları çardaqlarda özünə evlər düzəlt”.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənin Rəbbin arılara belə təlqin etdi: “Dağlarda özünüzə yuva qurun, ağaclarda da, (insanların) düzəltdikləri talvarlarda da.
Sabirə Dünyamalıyeva:
Rəbbin bal arısına dağlarda, ağaclarda qurulacaq çardaqlarda evlər/yuvalar düzəltməsini, sonra 'Meyvələrin hamısından ye Rəbbinin asanlaşdırdığı yollara gir' deyə vəhy etdi.