İsra Surəsi 68. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allahın) sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz.
Bünyadov-Məmmədəliyev:
Məgər (Allahın) quruda sizi yerə batırmayacağına, yaxud (göydən) başınıza daş yağdırmayacağına əminsinizmi?! Sonra heç sizi qoruyan da tapılmaz (tapa bilməzsiniz).
Elmir Quliyev :
Неужели вы не опасаетесь того, что Он может заставить часть суши поглотить вас или наслать на вас ураган с камнями? Ведь тогда вы не найдете себе попечителя и хранителя!
Ələddin Sultanov:
Onun sizi quruda yerə batırmayacağından, yaxud üzərinizə daş yağdırmayacağından əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz.
Kerbelayi Malik ağa:
Elə isə sizi yerə batırmayacağından ya sizin üzərinizə daş yağdıran bir fırtına göndərməyəcəyindən əminmi oldunuz? Sonra sizin üçün bir vəkil tapa bilməzsiniz.
Ələsgər Musayev:
Ə, əmin oldunuz ki, qurunun bir hissəsi sizi udmaya, ya üzərinizə daş endirilməyə? Sonra sizin üçün vəkil tapılmaz.
A.Mehdiyev və D.Cəfərli:
Belə isə, məgər (dənizdən çıxdıqdan sonra) sizi quruda yerə batırmasından, yaxud başınıza xırda daş yağdıran güclü külək göndərməsindən xatircəmsiniz?! Sonra özünüzə sizi müdafiə edəcək bir vəkil tapmazsınız.
Kövsər Tağıyev:
Bəs quruda sizi yerə batırmayacağından, yaxud üzərinizə daşlar yağdıran bir fırtına göndərməyəcəyindən ki, sonra özünüzə bir vəkil tapa bilməzsiniz əminsinizmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın sizi quruda yerə batırmamasına ya üzərinizə daş-kəsəkli tufan göndərməməsinə əminmi oldunuz? Sonra siz özünüzə bir həyan da tapa bilməyəcəksiniz?!
Sabirə Dünyamalıyeva:
Onun sizi quruda yerin dibinə batırmayacağından, yaxud üstünüzə bir qasırğa göndərməyəcəyindən xatircəmsinizmi? Sonra özünüz üçün, varlıqları müəyyən bir proqrama görə nizamlayan bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən birini tapa bilməzsiniz.