Kəhf Surəsi 68. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Axı sən (səbəbini) bilmədiyin bir şeyə necə səbr edə bilərsən?”
Bünyadov-Məmmədəliyev:
Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?
Elmir Quliyev :
Как ты сможешь терпеливо относиться к тому, что ты не объемлешь знанием?"
Ələddin Sultanov:
Axı (həqiqətini) dərk edə bilmədiyin bir şeyə necə səbir edə bilərsən?
Kerbelayi Malik ağa:
Xəbərdar edilmədiyin cəhətlə səbəbini bilmədiyin şeyə necə səbir edəcəksən?
Ələsgər Musayev:
Sən necə səbr edə bilərsən ona ki, ondan xəbərin yoxdur?»
A.Mehdiyev və D.Cəfərli:
(Axı sən batin həqiqətini) bilmədiyin (zahiri çirkin ağıla zidd görünən) bir şeyə necə səbr edə bilərsən?»
Kövsər Tağıyev:
“Mahiyyətini qavramadığın bir şeyə necə səbir edə bilərsən?”
M.Qənioğlu və T.Bilaloğlu:
Axı xəbərin olmadığı şeyə sən necə dözə bilərsən?"
Sabirə Dünyamalıyeva:
qavraya bilmədiyi elmə necə səbr göstərəcəksən!" dedi.