Əlixan Musayev:
Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin!” (Musa) dedi: “(Allah) buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, (onu da) yerinə yetirin!”
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş ki, o (inək) nə cür olmalıdır?” (Musa: ) “Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!” –dedi.
Elmir Quliyev
:
Они сказали: "Помолись за нас своему Господу, чтобы Он разъяснил нам, какая она". Он сказал: "Он говорит, что она не старая и не телка, средняя по возрасту между ними. Выполните же то, что вам велено!"
Ələddin Sultanov:
Onlar isə belə dedilər: “Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun nə oduğunu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan bir inəkdir. Bu ikisinin arasında bir düyədir. Sizə əmr olunanı yerinə yetirin!”
Kerbelayi Malik ağa:
(Onlar) dedilər ki: ‘Bizim üçün Rəbbinə dua et, onun nə cür olduğunu bizə açıqlasın.’ (Musa ə.s) dedi ki: ‘ (Allah) buyurur ki, o, nə cavan nə də qoca, ikisinin ortası yaşda bir inəkdir. Artıq əmr olunduğunuz şeyi edin.’
Ələsgər Musayev:
Dedilər: «Dua et bizim üçün Rəbbinə bəyan
etsin bizim üçün nədir o?» Dedi: «Həqiqətən, O deyir:
“Həqiqətən, o inək nə qocadır və nə bakirə, bunların
arasındadır”. Fəaliyyət edin nə ki, əmr olunursunuz!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Bizə görə Rəbbini çağır, o dişi inəyin necəliyini (və onun neçə yaşında olmalı olduğunu) bizə aydınlaşdırsın»? Dedi: «O deyir ki, həmin dişi inək nə işdən düşmüş qoca, nə də heç işləməmiş cavandır, bunların ikisinin arasındadır. Odur ki, sizə əmr olunanı yerinə yetirin!»
Kövsər Tağıyev:
“Bizim üçün Rəbbinə dua et, onun necə bir inək olduğunu bizə açıqlasın”, – dedilər. Musa belə dedi: “Rəbbim deyir ki, o, nə qoca, nə də körpə, bu ikisi arasında bir inəkdir. Sizə əmr olunanı yerinə yetirin!”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar: "Bizim üçün öz Rəbbini çağır, qoy bizə izah etsin ki, o (inək) necə olmalıdır ?" dedilər. O dedi: "Buyurur ki, o nə yaşlı nə də çox cavan inəkdir, bunların arasında olan orta yaşlıdır. Sizə nə buyurulursa, onu da edin! "
Sabirə Dünyamalıyeva:
Onlar, "Bizim üçün Rəbbinə dua et, o inək hər nə cür isə onu bizim üçün aşkar etsin" dedilər. Musa dedi: "Rəbbim deyir ki: 'Şübhəsiz ki, o inək çox qoca deyil, çox körpə də deyil, ikisinin arasında; kömək, xidmət və verimlilik baxımından ən yaxşı vaxtında [olmalıdır].' Haydı, sizə əmr olunan şeyi edin."