Həcc Surəsi 68. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər səninlə mübahisə etsələr, de: “Allah sizin etdiyinizi daha yaxşı bilir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Əgər (müşriklər öz kəsdiyiniz qurbanların ətindən yediyiniz halda, bəs Allahın öldürdüyü, yəni öz əcəli ilə ölmüş heyvanların ətini niyə yemirsiniz deyə) səninlə mübahisə etsələr, (onlara) belə cavab ver: “Allah sizin etdiyinizi daha yaxşı bilir!
Elmir Quliyev :
Если же они станут препираться с тобой, то скажи: "Аллаху лучше знать о том, что вы совершаете.
Ələddin Sultanov:
Əgər səninlə mübahisə etsələr, de ki: “Allah sizin etdiyiniz əməlləri daha yaxşı bilir.
Kerbelayi Malik ağa:
Əgər səninlə mübahisə etsələr, o təqdirdə onlara de: ‘Allah etdiklərinizi çox yaxşı bilir!’.
Ələsgər Musayev:
Əgər səninlə mücadilə etsələr, de: «Allah yaxşı bilir etdiyiniz əməlləri!
A.Mehdiyev və D.Cəfərli:
Əgər (bütün dəlil-sübutlar təqdim edildikdən sonra yenə) səninlə mübahisə etsələr, onda (üz döndərərək) de: «Etdiklərinizi Allah daha yaxşı bilir.»
Kövsər Tağıyev:
Əgər səninlə mücadilə edərlərsə, de ki: “Allah sizin etdiyiniz əməlləri daha yaxşı bilir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar səninlə mübahisəyə girişsələr, de: "Allah sizin nələr etdiyinizi çox yaxşı bilir.
Sabirə Dünyamalıyeva:
əgər səninlə mübahisə etsələr, dərhal de ki: "Allah, əməllərinizi ən yaxşı biləndir.