Əlixan Musayev:
De: “Ey Kitab əhli! Nə qədər ki, Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmirsiniz, siz doğru yolda deyilsiniz”. Əlbəttə, Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Sən isə kafir tayfa üçün heyfsilənmə.
Bünyadov-Məmmədəliyev:
De: “Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana (Qurana) düzgün əməl etmədikcə, siz (Allah yanında məqbul, dini baxımdan doğru olan) heç bir şey üzərində deyilsiniz. Rəbbin tərəfindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın halına acıma!
Elmir Quliyev
:
Скажи: "О люди Писания! Вы не будете идти прямым путем, пока не станете руководствоваться Тауратом (Торой), Инджилом (Евангелием) и тем, что ниспослано вам от вашего Господа". Ниспосланное тебе от твоего Господа приумножает во многих из них несправедливость и неверие. Не печалься же о неверующих людях.
Ələddin Sultanov:
De: “Ey kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə (Qurana) əməl etməyincə bir şey (doğru yol) üzərində olmazsınız!” Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Ona görə də kafir qövm üçün kədərlənmə!
Kerbelayi Malik ağa:
De ki; ‘Ey Əhli Kitab! Tövratı, İncili və sizə Rəbbiniz tərəfindən endiriləni yerinə yetirib əməl etmədikcə, siz bir şey (bir din) üzərində deyilsiniz. Sənə Rəbbindən endirilən mütləq onların bir çoxunun azğınlıq və küfrünü artırar. Artıq sən kafir qövm üçün kədərlənmə.
Ələsgər Musayev:
De: «Ay əhli kitab! Siz heç bir şey üzərində
deyilsiniz, ta əməl etməsəniz Tövrata və Incilə və nə ki, nazildir
Rəbbiniz tərəfindən sizə». Artırar əksəriyyətinə onlardan
tüğyan və küfr nə ki, nazil olub tərəfinə sənin Rəbbindən.
Təəssüflənmə üzərində kafir qoumun!
A.Mehdiyev və D.Cəfərli:
De: «Ey kitab əhli, siz (həqiqi) Tövrat və İncili və Rəbbiniz tərəfindən sizə nazil olanı (əməli surətdə) bərqərar etməyincə bir şeydə (doğru dində) deyilsiniz.» Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların çoxunun azğınlıq və küfrünü artıracaqdır. Buna görə də kafir dəstə üçün qəm yemə.
Kövsər Tağıyev:
De ki: “Ey Kitab əhli! Tövratı, İncili və Rəbbinizdən sizə endiriləni (Qur`anı) tətbiq etmədikcə heç bir şey üzərində deyilsiniz”. And olsun ki, sənə Rəbbindən endirilən bu Qur`an onlardan çoxunun azğınlıq və küfrünü artıracaq. Elə isə o kafirlər qövmünə görə məyus olma.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Ey Kitab əhli! Nə qədər ki, siz Tövrata, İncilə və öz Rəbbiniz tərəfindən sizə nazil edilənə [Qurana] əməl etmirsiniz, siz heç bir şey üzərində deyilsiniz [dayağınız yoxdur]." Əlbəttə ki, Rəbbindən Sənə nazil olan [Quran] onların bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Kafir adamların halından məyus olma.
Sabirə Dünyamalıyeva:
De ki: "Ey Kitab əhli! Tövratı, İncili və Rəbbinizdən sizə nazil edilən qayda-qanunları həyata keçirmədikcə, heç bir şeyin üstündə [doğru yolun üstündə, doğru dində] deyilsiniz." Şübhəsiz ki, Rəbbindən sənə nazil edilən [şeylər] onların çoxunda azğınlığı və küfrü [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyi] artırır. Elə isə kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] tayfası üçün kədərlənmə!