Əlixan Musayev:
Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım camaatla birgə oturma.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma.
Elmir Quliyev
:
Когда ты увидишь тех, которые разглагольствуют о Наших знамениях, отвернись от них, пока они не увлекутся другим разговором. Если же дьявол заставит тебя забыть об этом, то не сиди с несправедливыми людьми после того, как вспомнишь.
Ələddin Sultanov:
Ayələrimizi ələ salanları gördüyün zaman onlar söhbəti dəyişincəyə qədər onlardan uzaq dur! Əgər şeytan (bunu) sənə unutdurarsa, xatırladıqdan sonra o zalım insanlarla birlikdə oturma!
Kerbelayi Malik ağa:
Ayələrimiz haqqında (lağlağı ilə) söhbətə dalanları gördüyün zaman ondan başqa bir sözə keçənə qədər artıq onlardan üz çevir. Amma şeytan sənə unutdursa, xatırladıqdan sonra artıq o zalımlar dəstəsi ilə birlikdə oturma.
Ələsgər Musayev:
Onda ki, görürsən o kəsləri ki, ayətlərimizə istehza edirlər, onlardan üz döndər, ta başqa söhbətə başlayalar. Nə vaxt ki, şeytan sənə unutdurdu, yad edəndən sonra zalim qoumla oturma.
A.Mehdiyev və D.Cəfərli:
Bizim ayə və nişanələrimiz barəsində boşboğazlıq edənləri görən zaman (İslamın ilk çağlarındakı şəraitin tələbinə əsasən sən də həmin məclislərdə iştirak edirsənsə) onlardan üz döndər ki, başqa söhbətə başlasınlar. Əgər Şeytan (bunu) sənin yadından çıxarsa, yadına düşəndən sonra zalımların dəstəsi ilə oturma.
Kövsər Tağıyev:
Ayələrimiz haqqında dedi-qoduya dalanları gördüyün zaman başqa bir söhbətə dalıncaya qədər onlardan üz çevir, uzaqlaş. Əgər şeytan sənə unutdurarsa, xatırladıqdan sonra (qalx), o zalımlar dəstəsi ilə birlikdə oturma.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən ayələrimiz barəsində onların boşboğazlıq etdiklərini gördükdə, onlar başqa bir söhbətə keçməsələr onlardan uzaqlaş. Əgər şeytan sənə (bunu) unutdurarsa, onda sən xatırladıqdan sonra zalımlarla oturub- durma.
Sabirə Dünyamalıyeva:
Və ayələrimiz/işarətlərimiz/nişanələrimiz barəsində boşboğazlıq edənləri gördüyün zaman, onlar ondan başqa söhbətə keçənə qədər onlardan uzaq dayan. Və əgər şeytan bunu sənə unutdursa da, xatırlayandan sonra o şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləyənlər dəstəsi ilə birgə oturma.