Əlixan Musayev:
Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm olmasaydı aldığınız (fidyə) müqabilində sizə böyük bir əzab toxunardı.
Bünyadov-Məmmədəliyev:
Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olsaydı (lövhi-məhfuzda qənimətlərin və əsirlərin halal olması haqqında yazılmasaydı), aldığınız (fidyə) müqabilində sizə şiddətli bir əzab üz verərdi (toxunardı).
Elmir Quliyev
:
Если бы не было предварительного предписания от Аллаха, то вас постигли бы великие мучения за то, что вы взяли.
Ələddin Sultanov:
Əgər Allah tərəfindən əvvəlcədən verilmiş bir hökm olmasaydı, həqiqətən, aldığınıza (fidyəyə) görə sizə böyük bir əzab toxunardı.
Kerbelayi Malik ağa:
Daha əvvəl Allah tərəfindən əgər yazılmış bir hökm olmasaydı (Lövhi Məhfuzda) sizin aldığınız şeylər (fidyə) barəsində mütləq sizə böyük bir əzab toxunardı.
Ələsgər Musayev:
Əgər Allahdan qabaqcadan yazı olmasaydı, böyük əzab sizə toxunardı nədə ki, götürübsünüz.
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allah tərəfindən qərara alınmış keçmiş hökm (bütün dəlil-sübutlar gəlməmiş əzab etməmək hökmü) olmasaydı, götürdüyünüz şey (Peyğəmbərin əmri olmadan fidyə üçün götürdüyünüz əsirlər) barəsində sizə mütləq böyük bir əzab yetişərdi.
Kövsər Tağıyev:
Əgər Allahın daha əvvəl verilmiş bir hökmü olmasaydı, aldığınız şey (fidyə)dən ötrü sizə böyük bir əzab toxunardı.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər əvvəlcədən Allahdan bir yazı [hökm] gəlməsəydi, əldə etdiklərinizə [əsir götürməklə qazanca] görə sizə böyük bir əzab toxunardı
Sabirə Dünyamalıyeva:
Əgər Allahdan bir yazı [hökm] olmasa idi, şübhəsiz, aldığınız şeylər səbəbindən sizə böyük bir əzab üz verərdi.