Hud Surəsi 69. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Elçilərimiz (mələklər) İbrahimə (İshaqın doğulacağı barədə) müjdə gətirdilər və: “Salam!”– dedilər. O da: “Sa­­lam!”– dedi dərhal (gedib) qızardılmış bir buzov gətirdi.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə (İshaqın anadan olacağı xəbərini) gətirib: “Salam!” dedilər. (İbrahim də: ) “Salam!” deyə cavab verdi dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi.
Elmir Quliyev :
Наши посланцы принесли Ибрахиму (Аврааму) радостную весть и сказали: "Мир!" Он сказал: вам мир!" и поторопился, чтобы принести жареного теленка.
Ələddin Sultanov:
Elçilərimiz (mələklər) İbrahimə müjdə gətirib: “Salam!” - demişdilər. O da: “Salam!” - demiş çox keçmədən (onlar üçün) qızardılmış bir buzov gətirmişdi.
Kerbelayi Malik ağa:
And olsun (mələk) rəsullarımız İbrahimə (ə.s) müjdə ilə gəldilər: ‘Salam’ dedilər. O (İbrahim ə.s) də: ‘Salam’ dedi. Bunun üzərinə çox keçmədən qızarmış bir buzov gətirdi.
Ələsgər Musayev:
Gəldilər rəsullarımız Ibrahimə bəşarətlə. Dedilər: «Salam!» Dedi: «Salam!» az keçmədi ki, onlara qızardılmış buzov əti gətirdi.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Bizim (mələklərdən olan) elçilərimiz İbrahimə (oğlu olacağı Lut qövmünün həlak olması barədə) müjdə gətirdilər. Onlar salam verdilər, o da salam verdi. Sonra, dayanmadan (qonaqlar üçün) qumların üzərində qızardılmış yağı daman bir buzov gətirdi.
Kövsər Tağıyev:
And olsun, elçilərimiz (mələklər) İbrahimə müjdə gətirib: “Salam olsun sənə!” dedilər. O: “Sizə salam olsun”, dedi (gedib onlara) qızardılmış bir buzov gətirməkdə gecikmədi.
M.Qənioğlu və T.Bilaloğlu:
Elçilərimiz [mələklərimiz] İbrahimə (övlad) müjdəsi gətirərək dedilər: "Salam! (olsun sənə!)" O da dedi: (Sizə də) "Salam! (olsun)" dərhal qızardılmış bir buzov gətirdi.
Sabirə Dünyamalıyeva:
and olsun ki, İbrahimə elçilərimiz müjdə ilə gəldilər, "Salam!" dedilər. O, "Salam!" dedi, sonra da qızıl verməkdə[#209] gecikmədi.