Əlixan Musayev:
Onlar dedilər: “Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!”( Musa) dedi: “(Allah) buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. (Ona) baxanları sevindirir”.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: “(Allah) onun tünd sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur”, dedi.
Elmir Quliyev
:
Они сказали: "Помолись за нас своему Господу, чтобы Он разъяснил нам, какой она масти". Он сказал: "Он говорит, что эта корова светло-желтого цвета. Она радует смотрящих на нее".
Ələddin Sultanov:
Onlar: “Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun rəngini bizə bildirsin!” - dedilər. Musa dedi: “Allah buyurur ki, o, tünd sarı rəngli və baxanlara xoş gələn bir inəkdir”.
Kerbelayi Malik ağa:
(Onlar) dedilər ki: ‘Bizim üçün Rəbbinə dua et, onun rəngi nədir bizə açıqlasın.’ (Musa ə.s) dedi ki: ‘(Allah) buyurur ki, o, görənlərin xoşuna gələcək parlaq sarı rəngdə bir inəkdir.’
Ələsgər Musayev:
Dedilər: «Dua et bizim üçün Rəbbinə bəyan etsin bizim üçün
nədir onun rəngi?». Dedi: «Həqiqətən, O deyir: “O inəkdir sarı.
Parlaqdır rəngi onun şadlandırır nəzər salanları”».
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Bizə görə Rəbbini çağır, onun rənginin necəliyini bizə aydınlaşdırsın.» Dedi: «Rəbbiniz deyir ki, o, görənlərə xoş gələn xalis tünd sarı rəngli bir inəkdir.»
Kövsər Tağıyev:
Onlar: “Bizim üçün Rəbbinə dua et, onun hansı rəngdə olduğunu bizə açıqlasın”, – dedilər. Musa belə dedi: “Rəbbim deyir ki, o, sapsarı, rəngi baxanların ürəyini açan bir inəkdir”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Bizim üçün öz Rəbbini çağır, qoy bizə izah etsin ki, o nə rəngdə olmalıdır ?" Musa dedi: "Buyurur ki, o tünd sarı rəngli, göz oxşayan bir inəkdir."
Sabirə Dünyamalıyeva:
Onlar, "Bizim üçün Rəbbinə dua et, onun rəngi necə olmalıdır, bizim üçün aşkar etsin" dedilər. Musa dedi: "Həqiqətən, Rəbbim deyir ki: 'Şübhəsiz ki, o inək, görənlərə sevinc bəxş edən, sarı; sapsarı rəngdə bir inəkdir.'"