Əlixan Musayev:
İxtilaf etdiyiniz məsələlər barəsində Allah sizə Öz hökmünü Qiyamət günü verəcəkdir”.
Bünyadov-Məmmədəliyev:
İxtilafda olduğunuz məsələlər barəsində Allah qiyamət günü aranızda öz hökmünü verəcəkdir!”
Elmir Quliyev
:
Аллах рассудит между вами в День воскресения в том, в чем вы препирались между собой".
Ələddin Sultanov:
Allah qiyamət günü ixtilafda olduğunuz məsələlər barəsində sizin aranızda hökm verəcəkdir”.
Kerbelayi Malik ağa:
Allah qiyamət günü haqqında ixtilaf etmiş olduğunuz şeylər barədə sizin aranızda hökm edəcək.
Ələsgər Musayev:
Allah hökm edəcək aranızda qiyamətin
günündə, nədə ki, ixtilafda olubsunuz!»
A.Mehdiyev və D.Cəfərli:
Allah Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şey barəsində sizin aranızda hökm çıxaracaqdır.
Kövsər Tağıyev:
Barəsində ixtilafa düşdüyünüz şeylər haqqında qiyamət günü Allah aranızda hökm verəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin ixtilafda olduğunuz şeylər barəsində Allah qiyamət günü aranızda hökm verəcəkdir".
Sabirə Dünyamalıyeva:
Allah, ixtilafa düşdüyünüz şeylər barəsində qiyamət günündə sizin aranızda hökm verəcəkdir."