Ənkəbut Surəsi 69. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir.
Bünyadov-Məmmədəliyev:
Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar!)
Elmir Quliyev :
А тех, которые сражаются ради Нас, Мы непременно поведем Нашими путями. Воистину, Аллах с творящими добро!
Ələddin Sultanov:
Lakin bizim yolumuzda cihad edənləri, əlbəttə, Öz yollarımıza yönəldərik. Şübhəsiz ki, Allah yaxşı əməl sahibləri ilə birlikdədir.
Kerbelayi Malik ağa:
Bizim uğrumuzda (nəfsləri ilə Allahın düşmənləri ilə) cihad edənləri mütləq Bizim yollarımıza (Sirati Müstəqimə) hidayət edərik. Şübhəsiz ki, Allah mütləq muhsinlərlə bərabərdir.
Ələsgər Musayev:
O kəslər ki, Bizim uğrumuzda cihad edirlər, hidayət edərik onları Öz yolumuza. Həqiqətən, Allah yaxşılarladır!
A.Mehdiyev və D.Cəfərli:
Bizim yolumuzda (öz nəfsi ilə Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik həqiqətən, Allah yaxşı görənlərlədir.
Kövsər Tağıyev:
Bizim uğrumuzda cihad edənlər ki var, biz onları mütləq öz yollarımıza hidayət edəcəyik. Şübhəsiz, Allah yaxşılıq edənlərlədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizdən ötrü (əməllə, sözlə, vuruşmaqla) cihad edənləri Biz Öz yollarımıza salarıq. Həqiqətən, Allah xeyir işlər tutanlarladır.
Sabirə Dünyamalıyeva:
Biz, Bizim yolumuzda cəhd göstərənləri, əlbəttə Öz yolumuza yönləndirəcəyik. şübhəsiz ki, Allah, yaxşı-gözəl əməl işləyənlərlədir.