Əhzab Surəsi 69. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Musanı incidən şəxslərə oxşamayın. Allah onu onların dediklərindən təmizə çıxartdı. O, Allahın yanında çox ehtiram edilən şəxsdir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah (Musanı) onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli (qədir-qiymətli) idi.
Elmir Quliyev :
О те, которые уверовали! Не будьте подобны тем, которые обидели Мусу (Моисея). Аллах оправдал его и опроверг то, что они говорили. Он был почитаем перед Аллахом.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Musaya əziyyət verənlər kimi olmayın! Allah onu (Musanı) onların söylədiklərindən təmizə çıxartdı. O, Allah yanında şərəfli biri idi.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar, Musa (ə.s)ə əziyyət edənlər kimi olmayın! Allah Onu onların dediklərindən təmizə çıxartdı. O, Allahın dərgahında şərəfli idi.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Olmayın o kəslər kimi ki, Musaya əziyyət edirdilər. Allah onu uzaq pak etdi ondan ki, onlar deyirdilər o, Allah yanında hörmətli oldu.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, (Peyğəmbərin barəsində) Musanı (qeyri - şər’i əlaqədə ya Harunu öldürməkdə ittiham etməklə) incidənlər kimi olmayın! Allah onu (Musanı) onların dediklərindən təmizə çıxartdı o, Allahın yanında çox abırlı idi.
Kövsər Tağıyev:
Ey iman edənlər! Siz Musaya əziyyət edən kimsələr kimi olmayın. Nəhayət, Allah onu onların dediklərindən təmizə çıxardı. Musa Allah qatında etibarlı bir kimsə idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Musanı incidənlər kimi olmayın. Allah onu onların iftiralarından təmizə çıxartdı. O, Allahın dərgahında hörmət, izzət sahibi idi.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Siz Musaya əziyyət edən kəslər kimi olmayın. Allah Musanı, əziyyət edənlərin dedikləri [böhtanlardan] təmizə çıxardı. o, Allah yanında bir mövqe sahibi/qiymətli biri idi.