Əlixan Musayev:
(Onlar da) sizdən əvvəl yaşamış (münafiqlər) kimidirlər. Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar öz paylarından zövq aldılar. Sizdən əvvəlkilər öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar (batil fikirlərə) daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də heçə getmişdir. Məhz onlar ziyana uğrayanlardır.
Bünyadov-Məmmədəliyev:
(Ey münafiqlər!) Siz özünüzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha qüvvətli (möhkəm), mal-dövlət, övlad baxımından daha artıq idilər. Onlar (dünyadakı) qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı) qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlığına) yuvarlandınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə zərər eləyənlərdir!
Elmir Quliyev
:
Они подобны тем, которые жили до вас. Они превосходили вас силой, и у них было больше имущества и детей. Они насладились своей долей. Вы тоже насладились своей долей, подобно вашим предшественникам. Вы погружались в словоблудие, подобно им. Их деяния тщетны как в этом мире, так и в Последней жизни. Они являются потерпевшими убыток.
Ələddin Sultanov:
(Ey münafiqlər!) Siz də sizdən əvvəlkilər kimi etdiniz. Onlar sizdən daha güclü, daha çox mal və övlad sahibi idilər. Onlar (dünyadakı) öz paylarına düşəndən bəhrələndilər. Sizdən əvvəlkilər öz paylarına düşəndən bəhrələndikləri kimi siz də öz payınıza düşəndən bəhrələndiniz və (batil yola) girənlər kimi siz də (o yola) girdiniz. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar əsil ziyana uğrayanlardır!
Kerbelayi Malik ağa:
Sizdən öncəki kimsələr kimisiniz. Qüvvət, mal və övlad baxımından daha çox idilər, sizdən daha qüvvətli idilər. Beləcə nəsibləri qədər faydalandılar, sizdən əvvəlki kimsələrin öz nəsibləri qədər faydalandığı kimi siz də nəsibiniz qədər faydalandınız. (Dünya malına) dalanlar kimi siz də daldınız. Onların əməlləri puç oldu. Onlar hüsrana uğrayanlardır.
Ələsgər Musayev:
O kəslər kimi ki, sizdən qabaq var idilər. Qüvvətdə
sizdən şiddətli və malda çox dövlətli və övladlı idilər.
Onlar öz paylarından faydalandılar. Siz də öz payınızdan
faydalanmısınız, sizdən qabaq olan kəslərin öz paylarından
faydalandıqları kimi. Onlar bəyənilməz söz dedikləri kimi siz
də bəyənilməz sözlər dediniz. Dünyada və axirətdə əməlləri
boşa çıxdı və həmin onlar xəsarətdə olanlardır!
A.Mehdiyev və D.Cəfərli:
(Siz kafir və münafiqlər) sizdən qabaq olmuş və qüdrətləri sizdən daha artıq və malları, övladları sizdən daha çox olmuş kəslər kimisiniz. Beləliklə onlar öz (dünya) paylarından bəhrələndilər. Sizdən qabaqkılar öz paylarından bəhrələndikləri kimi siz də öz payınızdan bəhrələndiniz və onlar (günah və nəfsi istəklərə) batdıqları kimi siz də batdınız. Onların (xeyir) əməlləri dünyada və axirətdə batil və puç oldu (dünyada yaxşı addan, müsəlmanların duasından və qeyb köməklərindən, axirətdə isə gözəl mükafatlardan məhrum oldular). Onlardır ziyana uğrayanlar!
Kövsər Tağıyev:
(Ey münafiqlər!) Siz də eynilə sizdən əvvəlkilər kimisiniz. Onlar sizdən daha güclü, malları və övladları da daha çox idi. Onlar öz paylarına düşəndən faydalanmışdılar. Sizdən əvvəlkilərin paylarına düşəndən faydalandığı kimi siz də payınıza düşəndən eləcə faydalandınız və onların qapıldığı kimi siz də (dünya zövqünə) qapıldınız. Onların dünyada da axirətdə də əməlləri boşa çıxmışdır. Onlar məhz ziyana uğrayanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
sizdən əvvəlki o kəslərə olduğu kimi. Onlar sizdən daha qüvvətli, daha varlı və daha çox övladlı idilər. Onlar öz paylarına düşəndən faydalanırdılar. Sizdən əvvəlkilər öz paylarından faydalandıqları kimi, siz də öz payınızdan faydalandınız və onlar (azğınlığa) qurşandıqları kimi, siz də qurşandınız. Onların əməlləri bu dünyada da, axirətdə də boşa çıxmışdır! Bunlar ziyana düşənlərdir!
Sabirə Dünyamalıyeva:
Siz də eynilə özünüzdən əvvəlki, sizdən daha güclü-qüvvətli, mal və övlad baxımından sizdən daha varlı və [dünyanın nemətlərindən] öz paylarına düşən qədər bəhrələnən kəslər kimisiniz. Sizdən əvvəlkilər necə ki, öz paylarına düşən qədər bəhrələnmək istədilər, siz də onlar kimi öz payınıza düşən qədər bəhrələnmək istəyirsiniz. Siz də [o] batanlar kimi batdınız. Bax onların dünyada və axirətdə əməlləri puç oldu getdi və məhz onlar ziyana/zərərə uğrayıb acı çəkən kəslərdir.