Əlixan Musayev:
Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların –
Bünyadov-Məmmədəliyev:
Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların -
Elmir Quliyev
:
Воистину, тем, которые не надеются на встречу с Нами, довольствуются мирской жизнью и удовлетворяются ею, а также тем, которые пренебрегают Нашими знамениями,
Ələddin Sultanov:
Bizimlə qarşılaşacaqlarını ümid etməyib dünya həyatına razı olaraq onunla rahatlıq tapanlar və ayələrimizdən qafil olanlara gəldikdə,
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlar Bizə təslim olmağı diləməzlər. Dünya həyatından razı olmuşlar və onunla rahatlıq tapmışlar (kifayətlənmişlər) və onlar ayələrimizdən qafil olanlardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, yoxdur müraciətləri Bizim
görüşümüz üçün və dünya həyatı ilə razıdırlar və
təmənnalıdırlar onunla və o kəslər ki, ayətlərimizdən qafildirlər
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Bizim görüşümüzə ümidi (axirət aləminə imanları) olmayan və dünya həyatına şad olaraq ona ürək bağlayan, həmçinin Bizim ayələrimizdən (müşahidə aləminin yaradılış və əzəmətli kitabın tərtib edilmiş ayələrindən) qafil olan kəslər –
Kövsər Tağıyev:
Şübhəsiz, bizə qovuşacağını ummayan və dünya həyatına razı olub onunla kifayətlənərək tətmin olan kəslər ilə ayələrimizdən qafil olanlar ki var,
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, o kəslər ki, Bizimlə görüşə ümid etmirlər və bu dünya həyatından razı qalaraq, onunla rahatlıq tapırlar və o kəslər ki, Bizim ayələrimizdən xəbərsizdirlər -
Sabirə Dünyamalıyeva:
Bizə qovuşmaq ümidi olmayan, dünya həyatını istəyən, onunla razı qalan kəslər