Əlixan Musayev:
O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.
Bünyadov-Məmmədəliyev:
(Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!”
Elmir Quliyev
:
Вот ваш Господь возвестил: "Если вы будете благодарны, то Я одарю вас еще большим. А если вы будете неблагодарны, то ведь мучения от Меня тяжки".
Ələddin Sultanov:
Vaxtilə Rəbiniz: “Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam. Əgər nankorluq etsəniz, (bilin ki,) həqiqətən, əzabım çox şiddətlidir!” – deyə bildirmişdi.
Kerbelayi Malik ağa:
O zaman Rəbbiniz sizə bildirmişdi ki, əgər şükür etsəniz (nemətlərinizi) artıraram, əgər küfr edənlərdən olsanız şübhəsiz ki, əzabım şiddətlidir.
Ələsgər Musayev:
Onda Rəbbiniz xəbərdar etdi: «Əgər şükr
edəsiniz, Mən sizin üçün artıraram və əgər küfr edəsiniz,
həqiqətən, Mənim əzabım şiddətlidir!
A.Mehdiyev və D.Cəfərli:
Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükr etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir.»
Kövsər Tağıyev:
Xatırlayın ki, Rəbbiniz belə bildirmişdi: “And olsun, əgər şükür etsəniz, əlbəttə, sizə nemətimi artıraram. Əgər nankorluq etsəniz, həqiqətən, əzabım çox şiddətlidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Rəbbiniz belə bildirmişdi: "Əgər şükr etsəniz, Mən sizin üçün (nemətlərimi) daha artıq edərəm, yox əgər küfr etsəniz (bilin ki,) verəcəyim əzab çox şiddətlidir".
Sabirə Dünyamalıyeva:
Və o vaxt Rəbbiniz elan etmişdi: "And olsun ki, sahib olduğunuz nemətlərin əvəzini versəniz, əlbəttə sizə [nemətimi] artıracağam, əgər nankorluq etsəniz, şübhəsiz ki, Mənim əzabım çox şiddətlidir."