Nəhl Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir!
Elmir Quliyev :
Они перевозят ваши грузы в края, достичь которых вы могли бы только ценой больших усилий. Воистину, Господь ваш Сострадательный, Милосердный.
Ələddin Sultanov:
(Bu heyvanların bir qismi də) sizin yüklərinizi, yalnız məşəqqətlə çata biləcəyiniz bir məmləkətə daşıyarlar. Həqiqətən, sənin Rəbbin çox şəfqətlidir, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Onlarla özünüz yorulmadan çata bilməyəcəyiniz (ancaq çox məşəqqətlə gedə biləcəyiniz) şəhərə yüklərinizi daşıyarsınız. Şübhəsiz ki sizin Rəbbiniz, həqiqətən Raufdur (çox şəfqətlidir) Rəhimdir.
Ələsgər Musayev:
Ölkədə yüklərinizi onlar daşıyırlar, hansı ki, siz onu yorulmadan daşıya bilməzdiniz. Həqiqətən, Rəbbiniz Raufdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Onlar sizin ağır yüklərinizi yalnız çox çətinlik bahasına yetişə biləcəyiniz şəhərə daşıyırlar. Həqiqətən sizin Rəbbiniz çox şəfqətli mehribandır.
Kövsər Tağıyev:
Onlar yüklərinizi sizin böyük çətinliklə gedə biləcəyiniz yerlərə daşıyırlar. Həqiqətən, Rəbbiniz çox şəfqətlidir, çox mərhəmətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar sizin yüklərinizi ancaq əldən düşmüş halda çata biləcəyiniz bir diyara daşıyırlar. Həqiqətən, sizin Rəbbiniz şəfqətlidir, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
heyvanlar, ancaq canınızın bir hissəsi tükənməklə/çox yorularaq çata biləcəyiniz bir məmləkətə yüklərinizi daşıyar. Şübhəsiz ki, sizin Rəbbiniz, həqiqətən çox şəfqətlidir, çox mərhəmətlidir.