Əlixan Musayev:
(Ona belə vəhy olundu:) “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq!”
Bünyadov-Məmmədəliyev:
(Allahdan belə bir nida gəldi:) “Ey Zəkəriyya! Sənə bir oğulla (oğlun olacağı ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!”
Elmir Quliyev
:
О Закария (Захария)! Воистину, Мы радуем тебя вестью о мальчике, имя которому Йахья (Иоанн). Мы не создавали прежде никого с таким именем (или никого подобного ему).
Ələddin Sultanov:
(Ona belə vəhy olundu:) “Ey Zəkəriyyə, Biz səniYəhya adlı bir oğulla müjdələyirik! Bundan əvvəl bu adı heç kimə verməmişik”.
Kerbelayi Malik ağa:
Ey Zəkəriyya! Həqiqətən Biz səni adı Yəhya olan bir oğlan uşağı ilə müjdələyirik. Onunla (o adla) daha əvvəl bir kimsəni adlandırmadıq.
Ələsgər Musayev:
«Ay
Zəkəriyyə, Biz sənə oğlanla bəşarət veririk ki, ismi onun
Yəhyadır. Ondan qabaq bu ismi kimsə üçün etmədik!»
A.Mehdiyev və D.Cəfərli:
(Ona xitab etdik ki:) Ey Zəkəriyya, Biz sənə adı Yəhya olan bir oğlanın müjdəsini veririk ki, bundan öncə (heç kəsi) ona adaş (və ya insani kamilliklər baxımından ona bənzər) etməmişik.
Kövsər Tağıyev:
(Allah belə dedi:) “Ey Zəkəriyya! Xəbərin olsun ki, biz səni Yəhya adında bir oğulla müjdələyirik. Bundan əvvəl onun adını heç kimə verməmişik”.
M.Qənioğlu və T.Bilaloğlu:
(Allah dedi): "Ey Zəkəriyyə, Biz sənə Yəhya adlı bir oğlan uşağının müjdəsini veririk. Ondan əvvəl bu adı heç kimə verməmişik".
Sabirə Dünyamalıyeva:
Ey Zəkəriyya! Şübhəsiz ki, Biz sənə bir cavan oğlan barəsində -Onun adı Yəhyadır- müjdə veririk. Bundan əvvəl onun heç bir adaşını yaratmamışıq.