Əlixan Musayev:
Biz səndən əvvəl də onlara vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Biz səndən əvvəl də hər bir ümmətə mələk deyil) ancaq kişilər (kişi peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!
Elmir Quliyev
:
Мы и до тебя отправляли только мужей, которым внушали откровение. Спросите людей Напоминания, если вы не знаете этого.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Biz səndən əvvəl də məhz özlərinə vəhy etdiyimiz kişiləri peyğəmbər göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun! (Təfsirçilərə görə, bu ayədəki “zikr əhli” ifadəsi ilə Tövrat və İncil haqqında doğru və kifayət qədər biliyə sahib olan əhli-kitab alimləri nəzərdə tutulur.)
Kerbelayi Malik ağa:
Səndən əvvəl vəhy etdiyimiz ricaldan (kişilərdən) başqasını göndərmədik. Əgər bilmirsinizsə, zikr əhlindən (daimi zikrin sahiblərindən) soruşun.
Ələsgər Musayev:
Və göndərdik Biz səndən qabaq
ancaq kişilərdən, hansı ki, vəhy etdik onlara. Sual edin zikr
əhlini, əgər bilməyənlər oldunuz!
A.Mehdiyev və D.Cəfərli:
Biz səndən öncə də (insanlara peyğəmbər və ilahi elçi olaraq mələkləri, qadınları və cinləri deyil) yalnız vəhy etdiyimiz kişiləri göndərmişik. Buna görə də əgər (Allahın bu cari qanununu) bilmirsinizsə, zikr əhlindən (təhrif olunmamış Tövratın, İncilin və digər səma kitablarının alimlərindən) soruşun.
Kövsər Tağıyev:
Səndən əvvəl də ancaq vəhy etdiyimiz bəzi kişiləri peyğəmbər olaraq göndərdik. Əgər bilmirsinizsə, elm əhlindən soruşun.
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən əvvəl də Biz ancaq vəhy verdiyimiz kişiləri (peyğəmbər) göndərirdik. Əgər özünüz bilmirsinizsə, Kitab əhlindən soruşun.
Sabirə Dünyamalıyeva:
Və Biz səndən əvvəl də ancaq özlərinə vəhy etdiyimiz yetkin kəsləri göndərdik/elçi etdik. Haydı, siz bilmirsinizsə Öyüd/Kitab əhli olanlardan/vəhy haqda elmi olanlardan SOruŞun.