Qəsəs Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq onu elçilərimizdən biri edəcəyik”(– deyə) təlqin etdik.
Bünyadov-Məmmədəliyev:
Biz Musanın anasına (ilham yolu ilə, yaxud röyada): “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!” deyə bildirdik.
Elmir Quliyev :
Мы внушили матери Мусы (Моисея): "Корми его грудью. Когда же станешь опасаться за него, то брось его в реку. Не бойся и не печалься, ибо Мы вернем его тебе и сделаем одним из посланников".
Ələddin Sultanov:
Biz Musanın anasına: “Onu əmizdir! Ona zərər gəlməsindən qorxduğun zaman onu dənizə (Nil çayına) at! Heç qorxma kədərlənmə! Şübhəsiz, biz onu sənə qaytaracaq onu peyğəmbərlərdən edəcəyik”, - deyə vəhy etdik.
Kerbelayi Malik ağa:
Musanın (ə.s) anasına belə vəhy etdik: ‘Onu əmizdir onun üçün qorxduğu zaman onu çaya at (burax). Sən qorxma, üzülmə. Şübhəsiz ki, Biz onu sənə geri qaytaracağıq. Onu rəsullardan edəcəyik.’
Ələsgər Musayev:
Biz v?hy etdik Musan?n anas?na ki, ona sud ver. Onda ki, ondan otru xoflanacaqsan, onu d?ryaya at v? xoflanma v? huznlu olma, h?qiq?t?n, Biz onu yenid?n s?n? qaytaracag?q v? ed?c?yik onu murs?ll?rd?n.
A.Mehdiyev və D.Cəfərli:
Biz Musanın anasına sirli sürətli bir şəkildə ilham etdik: «Onu əmizdir, elə ki, ondan ötrü (Fironun adamlarının ondan xəbər tutmalarından) qorxdun, onu (bir sandığın içərisinə qoy və) dəryaya at. Qorxma qəmgin olma, şübhəsiz, Biz onu sənə qaytararıq özünü şəriət sahibi olan peyğəmbərlərdən edərik».
Kövsər Tağıyev:
Biz Musanın anasına: “Onu əmizdir. Onun başına bir şey gəlməsindən qorxduğun zaman onu dənizə (Nilə) at. Qorxma, məyus olma. Çünki biz onu sənə qaytaracağıq onu peyğəmbərlərdən edəcəyik”, deyə ilham etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musanın anasına belə təlqin getdik: “Onu əmizdir. Əgər ondan ötrü qorxsan, onu dəryaya at! Sən qorx, kədərlən. Biz onu sənə qaytararıq onu peyğəmbərlərdən edərik."
Sabirə Dünyamalıyeva:
Biz Musanın anasına vəhy etdik: "Onu əmizdir. Əgər ondan ötürü qorxsan, onu çaya burax, qorxma kədərlənmə. Şübhəsiz ki, Biz onu sənə qaytaracaq onu elçilərdən biri edəcəyik."