Əlixan Musayev:
İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı işlər görənlərin (əvvəlki) günahlarının üstünü örtər və onlara (dünyada) etdikləri əməllərdən daha gözəl (on qat artıq) mükafat verərik. (Və ya: gördükləri ən yaxşı əməllərə görə onları mükafatlandırarıq).
Elmir Quliyev
:
Тем, которые уверовали и совершали праведные деяния, Мы простим их злодеяния и воздадим за наилучшее из того, что они совершали (или лучшим, чем то, что они совершали; или наилучшим образом за то, что они совершали).
Ələddin Sultanov:
İman gətirib yaxşı işlər görənlərə gəldikdə, əlbəttə, Biz onların günahlarını örtər və etdikləri əməllərin daha gözəli ilə onları mükafatlandırarıq.
Kerbelayi Malik ağa:
Amənu olanların və saleh əməl (əməli salihat, nəfsini islahedici əməl) edənlərin günahlarını mütləq örtəcəyik və onları mütləq etdiklərinin daha əhsəni (gözəli) ilə mükafatlandıracağıq.
Ələsgər Musayev:
O kəslər ki, inanırlar və əməli salehdirlər, Biz onların pisliklərinin üstünü örtərik və etdikləri əməllərdən daha yaxşısını verərik onlara.
A.Mehdiyev və D.Cəfərli:
İman gətirib yaxşı işlər görənlərin günahlarını mütləq silərik və onların ən gözəl əməllərinə mükafat verərik.
Kövsər Tağıyev:
İman edib saleh işlər görənlərin pisliklərini, əlbəttə, örtəcəyik. Onları etdikləri əməllərdən daha gözəli ilə mükafatlandıracağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz iman gətirib əməlisaleh olanların pis əməllərini onların üzərindən götürər və onlara etdiklərindən daha yaxşı əvəz verərik.
Sabirə Dünyamalıyeva:
Və inanan və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslər, onların pisliklərini əlbəttə örtəcəyik və həqiqətən onlara etdiklərindən daha gözəl əvəz verəcəyik.