Rum Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər.
Bünyadov-Məmmədəliyev:
Onlar dünya həyatının zahirini (ticarət əkinçilik işlərini, məişət məsələlərini) bilirlər, axirətdən isə xəbərsizdirlər.
Elmir Quliyev :
Они знают о мирской жизни только явное, и они беспечны к Последней жизни.
Ələddin Sultanov:
Onlar dünya həyatının zahirini (görünən tərəfini) bilir, axirətdən isə xəbərsizdirlər.
Kerbelayi Malik ağa:
Onlar dünya həyatının zahirini (görünən qismini) bilirlər. Onlar axirətdən qafil olanlardır.
Ələsgər Musayev:
Onlar bilirlər dünya həyatının zahirini onlar axirətdən qafildirlər.
A.Mehdiyev və D.Cəfərli:
Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri bəhrələndikləri şey onlar üçün məqsəddir əsasdır) axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər.
Kövsər Tağıyev:
Onlar dünya həyatının sadəcə zahirini bilirlər. Axirət barəsində isə tamamilə qafildirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar bu dünya həyatının zahirini bilir, axirətdən isə xəbərsizdirlər.
Sabirə Dünyamalıyeva:
İnsanların çoxu, bəsit dünya həyatının zahirini bilir. axirətə əhəmiyyət verməyənlər məhz onlardır.