Əlixan Musayev:
Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş,
Bünyadov-Məmmədəliyev:
O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı.
Elmir Quliyev
:
Который превосходно создал все, что сотворил, и начал создавать человека из глины,
Ələddin Sultanov:
O, yaratdığı hər şeyi gözəl yaratmış və insanı yaratmağa palçıqdan başlamışdır.
Kerbelayi Malik ağa:
O, hər şeyin yaradılışını ən gözəl edən və insanı yaratmağa ilk dəfə tindən (nəmli torpaqdan) başlayandır.
Ələsgər Musayev:
Odur ki, külli şeyi yaxşı xəlq etdi. Başladı xəlq etməyə insanı gildən.
A.Mehdiyev və D.Cəfərli:
O, yaratdığı hər şeyi gözəl yaratmışdır (onun üzvlərini bir-birinə və bütünlükdə isə onu yaradılış məqsədinə mütənasib etmişdir) və insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır).
Kövsər Tağıyev:
O ki yaratdığı hər şeyi gözəl yaratdı. İnsanı yaratmağa da palçıqdan başladı.
M.Qənioğlu və T.Bilaloğlu:
hər şeyi gözəl bir şəkildə yaradan, insanı ilk olaraq palçıqdan xəlq edən,
Sabirə Dünyamalıyeva:
O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı.