Əlixan Musayev:
Kafirlər üçün şiddətli əzab tədarük edilmişdir. İman gətirib yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
Kafir olanları şiddətli əzab, iman gətirib yaxşı işlər görənləri isə bağışlanma və böyük bir mükafat (Cənnət) gözləyir!
Elmir Quliyev
:
Тем, которые не уверовали, уготованы тяжкие мучения. А тем, которые уверовали и совершали праведные деяния, уготованы прощение и великая награда.
Ələddin Sultanov:
Kafirlər üçün şiddətli bir əzab vardır. İman gətirib yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat vardır.
Kerbelayi Malik ağa:
Kafir olanlar üçün şiddətli əzab vardır. Amənu olanlar və saleh əməl (nəfsi islahedici əməl) işləyənlər üçün məğfirət və böyük mükafat vardır.
Ələsgər Musayev:
O kəslər ki, kafirdirlər, onlar
üçün şiddətli əzab var. Və o kəslər ki, inanırlar və əməli
salehdirlər, onlar üçün bağışlanmaq və böyük əcr var
A.Mehdiyev və D.Cəfərli:
Kafirlər üçün şiddətli bir əzab vardır, iman gətirənlər və yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat vardır.
Kövsər Tağıyev:
İnkar edənlər üçün çətin bir əzab var. İman edib saleh əməllər işləyənlər üçün isə bir bağışlanma və böyük bir mükafat var.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlərə şiddətli bir əzab, iman gətirib əməlisaleh olanlara isə bağışlanma və böyük bir mükafat vardır.
Sabirə Dünyamalıyeva:
Kafirlər, Allahın məbud və rəbb olduğunu bilərək rədd edən bu kəslər; onlar üçün şiddətli bir əzab vardır. İman etmiş və sahmana salmaq məqsədi ilə işlər görmüş kəslər; onlar üçün bağışlanma və böyük bir mükafat vardır.