Əlixan Musayev:
Valideynlərin və yaxın qohumların qoyub getdikləri (maldan) kişilərə pay düşür; valideynlərin və yaxın qohumların qoyub getdikləri (maldan) qadınlara da pay düşür. Bu (mal) istər az olsun, istərsə də çox, (onlar üçün) müəyyən edilmiş bir paydır.
Bünyadov-Məmmədəliyev:
Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir.
Elmir Quliyev
:
Мужчинам принадлежит доля из того, что оставили родители и ближайшие родственники, и женщинам принадлежит доля из того, что оставили родители и ближайшие родственники, будь его мало или много. Таков предписанный удел.
Ələddin Sultanov:
İstər az, istər çox olsun ata-ana və qohumların qoyub getdikləri (mal-mülkdən) kişilər üçün müəyyən edilmiş bir pay, qadınlar üçün də müəyyən edilmiş bir pay vardır.
Kerbelayi Malik ağa:
Ana-ata və yaxın qohumların qoyub getdiyindən (mirasdan) kişilər üçün bir pay vardır. Qadınlar üçün də ana-ata və yaxın qohumların qoyub getdiyindən (mirasdan) bir pay vardır. Ondan (qoyub getdiklərindən) az və ya çox fərz qılınmış bir paydır.
Ələsgər Musayev:
Kişilər üçün nəsib var nədən ki, tərk edir valideynləri və
yaxınları. Və qadınlar üçün nəsib var nədən ki, tərk edir
valideynləri və yaxınları. İstər az olsun ondan, ya çox. Nəsib
müəyyəndir.
A.Mehdiyev və D.Cəfərli:
Kişilərin ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. Qadınların da ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. (Mal istər) az olsun, ya çox, müəyyən və vacib bir pay(dır). (Belə bir hökmün olması ağıl baxımından lazım və gərəklidir, onun miqdarı və necəliyi isə hər bir şəriətə uyğun surətdə vacibdir).
Kövsər Tağıyev:
Ana, ata və qohumların (miras olaraq) qoyub getdiklərindən kişilərə bir pay var. Ana, ata və qohumların (miras olaraq) qoyub getdiklərindən qadınlara da bir pay var. Allah miras olaraq buraxılanın azından da, çoxundan da bunları vacib bir hissə olaraq təyin etmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ata-ananın və yaxın qohumların qoyub getdiyi mirasdan kişilər üçün də, ata-ananın və yaxın qohumların qoyub getdiyi mirasdan qadınlar üçün də pay vardır. Mirasda, istər az olsun, istər çox, müəyyən olunmuş pay vardır.
Sabirə Dünyamalıyeva:
Ana-atanın və qohumların vəfat etdikdə qoyub getdikləri şeylərdə kişi [cinsindən] yetimlərə bir pay var. Ana-ata və qohumların vəfat etdikdə qoyub getdiklərindən az da olsa, çox da olsa, vacib bir qismət olaraq qız yetimlərə də bir pay var.